Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bir vaxtlar bu xüsusi təyinatlı hərbi təhsil müəssisəsinin “Zabit ixtisas kursu”nu bitirmiş Azərbaycan ordusunun şəhid zabiti mayor Rəhim Hüseynovun anım mərasimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Anım mərasimində qeyd edilib ki, Azərbaycan ordusunun tabor komandiri mayor Rəhim Hüseynov 2020-ci ilin yekunları üzrə “NATO-nun Ləyaqətli Xidmət Medalı”na layiq görülüb.

Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev NATO-nun ən nüfuzlu medalını şəhid mayorun böyük oğlu Hikmətə təqdim edib.

Rəhim Hüseynov 1984-cü il iyulun 1-də Zərdab rayonunun Gəlmə kəndində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseyi, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nu bitirib. Motoatıcı taqım komandirliyindən tabor komandiri vəzifəsinədək yüksəlib. Çexiya, Almaniya, Macarıstan, Amerika Birləşmiş Ştatları, Türkiyə, Bolqarıstan, Gürcüstan, Bosniya və Herseqovina, Rumıniyada beynəlxalq əhəmiyyətli kurslarda iştirak edib.

İngilis, rus, erməni dillərini mükəmməl bilən, Azərbaycan zabitinin ən yüksək mənəvi və iradi keyfiyyətlərini özündə birləşdirən igid zabitimiz xidmət müddəti ərzində NATO təlimləri və kursları çərçivəsində keçirilən beynəlxalq tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrini layiqincə təmsil edərək Azərbaycan bayrağını həmişə şərəflə daşıyıb.

2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin təxribatlarına qarşı başlayan Vətən müharibəsi zamanı mayor Rəhim Hüseynov komandiri olduğu taborun şəxsi heyəti ilə birlikdə işğal altında olan ərazilərin azad edilməsi uğrunda döyüşlərdə şəxsi qəhrəmanlıq və şücaət nümunələri göstərib. Cəbrayıl, Füzuli və Qubadlı rayonları uğrunda hərbi əməliyyatlarda düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarını uğurla yerinə yetirib.

İgid tabor komandiri 2020-ci il oktyabrın 20-də Qubadlının azad olunması uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub və ən yüksək məqama-şəhidlik zirvəsinə ucalıb.

O, “Qarabağ” ordeni, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

.

 

 
 
 
10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı
07 May 2025 Sabah pensiyalar ödəniləcək
06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI

Xəbər lenti