Şəkidə 15 yaşlı qız ailə qurub.
"Yol-xeber.az" xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
İlkin məlumata görə, hadisə Şəkinin Dəhnə kəndində qeydə alınıb. Müşgünaz adlı yeniyetmənin Bakının Maştağa kəndinə ərə verildiyi qeyd edilib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, yayılan görüntülər əsasında araşdırma aparılır.