![]() |
|
Bakı Nəqliyyat Agentliyi çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksini şəhərin mərkəzi ilə əlaqələndirən 10 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik edib.
Yol-xeber.az xəbər verir ki, Agentlik məlumat yayıb.
Məlumata görə, sabahdan marşrut üzrə avtobusların hərəkət sxemi Kompleksin ərazisindən keçməklə yeni inşa edilən massivdə ("Kristal Abşeron") yaşayan 1 500-dən artıq sakinin şəhər mərkəzinə rahat gediş-gəlişini təmin edəcək.