Azərbaycanda artıq üçüncü doza vaksinasiya prosesi başlayıb.

Yol-xeber.az xəbər verir ki, bu barədə Uroloq-androloq, Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl paylaşım edib. 

“Üçüncü doz korona peyvəndini də aldıq. Çox götür-qoy etdim və üçüncü doz kimi “Pfizer”i seçdim. Bundan əvvəl yanvar və fevral aylarında "Sinovac" peyvəndi olunmuşdum”, - o deyib.

Həkim həmçinin qeyd edib ki, qonşu Gürcüstan Azərbaycandakı kimi peyvəndlənmə imkanı olmadığı üçün bu gün koronavirusdan insan ölümü üzrə dünyada ön sıralardadır.

 

 

 

Xəbər lenti