Keçirilmə yerindən asılı olmayaraq sabahdan etibarən bütün şənlik mərasimlərində COVID pasportu tələb olunacaq.

Bunu Yol-xeber.az-a açıqlamasında DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. O bildirib ki, Nazirlər Kabinetinin yeni qərarına əsasən 1 sentyabrdan bütün şənlik mərasimlərində (toy, nişan, ad günü və s.) yaşı 18-dən yuxarı olan şəxslərdən COVID pasportu tələb olunacaq.

E.Hacıyev söyləyib ki, həyət toyları, mağarlarda və müxtəlif məkanlarda - vergi qeydiyyat statusu olmayan ünvanlarda keçirilən toy mərasimləri üçün portalda qeydiyyatdan keçməyə ehtiyac yoxdur:

“Yalnız ictimai iaşə obyektlərində keçirilən toy mərasimləri icaze.e-gov.az portalında qeydiyyatdan keçirilməlidir”.

Xəbər lenti