|
Səhər saatlarından etibarən paytaxta yağan intensiv yağış subasma ilə nəticələnib.
Yol-xeber.az xəbər verir ki, yağış əsasən, Biləcəri-Baksol yolu, Binəqədi yolu, Sabunçu-Koroğlu yolunda, Xırdalanda və digər ərazilərdə avtomobillərin hərəkətinə maneə yaradıb.
Paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi endirilib.