"Birmənalı yalnız onu qeyd edə bilərik ki, burada hər hansı bir qanunauyğunluq axtarsaq, yanılarıq. Bu fikri təsdiqləmək üçün gəlin elə son 20 ilin dekabr ayında olan hava şəraitini təhlil edək".

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, bütün meteoroloji müşahidələrə görə ən soyuq 2002-ci ildə Bakıda 8.8° şaxta olduğu halda növbəti 2003-cü ilin dekabr ayında 22.5° isti qeydə alınıb: "Belə halları son 10 ildə də müşahidə etmək olar. Misal üçün, 2012-ci ildə havanın orta temperaturu iqlim normasından aşağı, növbəti 2013-cü ildə yüksək, 2015-də yenidən mülayim isti, 2016-cı il isə həmişəkindən soyuq, hətta Bakı üçün nadir hadisə kimi havanın temperaturu 4.2°şaxta olub. Ardınca 2017, 2018, 2019-cu illər müsbət anomaliya ilə fərqlənib. Keçən il isə havanın temperaturu iqlim normasından aşağı olub. Lakin daha uzunsıralı dövrlərin təhlili göstərir ki, 1961-1990-cı illərlə müqayisədə 2002-ci ili nəzərə almasaq, son onilliklərdə dekabr ayında orta temperatur artıb və şaxtalı günlərin sayı azalıb".

U.Tağıyeva bildirib ki, 2019-cu il dekabrın 2-də şimal-qərb küləyinin maksimal sürəti Sumqayıtda 40 m/s, Bakıda 38 m/s-ə çatıb:

"Dünyada son illərin meteoroloji tədqiqatları göstərir ki, ildən-ilə qış aylarında soyuq günlərin sayı azalır, normadan yüksək isti günlərin sayı isə artır. Ölkəmizdə də şaxtalı, qarlı günlərin sayı azalaraq, qışın daha mülayim keçməsi müşahidə olunur. Lakin, iqlim dəyişmələri nəticəsində atmosfer sirkulyasiyasında baş verən transformasiyalar fəsildən asılı olmayaraq qısamüddəti və ya daha davamlı kəskin hava-iqlim anomaliyaları ilə özünü biruzə verir.

Məsələn, bütün çoxillik müşahidələrə görə Bakıda ən çox sutkalıq cəm yağıntı 2002-cı il dekabrın 10-da gündüz və 11-nə keçən gecə müşahidə olunub, sutka ərzində rekord miqdarda 48 mm yağıntı (qar) düşüb. Dekabrın 11-də səhər Bakıda və Abşeronun qərbində qar örtüyünün hündürlüyü 50 sm olub. Ən çox aylıq yağıntı da 2002-ci ilin dekabrında müşahidə olunub, ay ərzində 183.9 mm yağıntı düşüb ki, bu da aylıq normadan 5.7 dəfə çoxdur.

Adətən bu kimi prosesləri aylıq proqnozlarda nəzərə almaq mümkün olmadığı üçün, dünya təcrübəsinə əsaslanaraq uzunmüddətli proqnozlarda yalnız gözlənilən temperatur və yağıntı iqlim norması ilə müqayisəli şəkildə təqdim edilir".

"Belə ki, dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi dövrlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur", Xidmət rəisi əlavə edib.

10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı
07 May 2025 Sabah pensiyalar ödəniləcək
06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI

Xəbər lenti