Son günlər Bakı şəhəri Mikayıl Əliyev küçəsində Heydər Əliyev dairəsi hissəsində səhər saatlarında DYP əməkdaşları tərəfindən yollar bağlanır və avtomobillərin hərəkətində məhdudiyyətlər yaranır. Bu da həmin ərazidə tıxaca səbəb olur.

Bu fikirləri gündəlik adı çəkilən yoldan istifadə edən sürücülər bildirib. Sürücülər iddia edir ki, səhər saatlarında yol bir-iki saat müddətində bağlı qalır.

Məsələ ilə bağlı azxeber.com Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov ilə əlaqə saxlayıb. Vaqif Əsədov iddialara bu cür aydınlıq gətirib:
"Burada söhbət Mikayıl Əliyev küçəsinin başlanğıcında olan Heydər Əliyev dairəsi ətrafında, Maddona şadlıq sarayının qarşısındakı hərəkətlə bağlı vəziyyətdən gedir. Yalnız iş günləri, 1-5-ci günlər səhər saatlarında, yəni pik saatlarda metronu "Koroğlu" stansiyası istiqamətində sıxlıq yaranır. Bu da tıxaclara səbəb olur. Ona görə də, aidiyyatı üzrə əməkdaşlarımız orada bir-iki saat yox, təxminən 20-30 dəqiqə müddətində xidmət aparmaqla keçmə növbəliliyini hissə-hissə tənzimləyir. Əgər həmin ərazidə əməkdaşlar dayanıb xidmət aparmasa, istər Mikayıl Əliyev küçəsindən, istər "Neftçilər" metrostansiyası tərəfdən gələn nəqliyyat vasitələrinin hissə-hissə ardıcıl, növbəli şəkildə buraxılmasını təmin etməsələr, "Koroğlu" metrostansiyası istiqamətində körpünün üstündə maşınlar saatlarla tərpənməz vəziyyətdə qalar və hərəkət dayanar. Ona görə də, bu istiqamətlər üzrə hərəkət edən sürücülərə bildirirəm ki, burada narahatlığa səbəb yoxdur. Eynilə, paytaxtın 20 Yanvar dairəsində, Biləcəri enişində, Avtovağzal dairəsində, Babək prospektinin Yusif Səfərov istiqamətində də bizim azı iki əməkdaşımız dayanıb xidmət aparır və keçmə növbəliliyi təmin olunur".

Vaqif Əsədov bu cür vəziyyətdə sürücülərə təmkinli olmağı və tələsməməyi tövsiyə edib:

"Bu cür vəziyyətdə sürücülərə təmkinli olmağı və tələsməməyi tövsiyə edirik. Hər kəs öz zolağı üzrə hərəkət etsin, hər bir sürücü getdiyi istiqaməti əvvəlcədən dəqiqləşdirib həmin zolağı tutsun, qarşı hərəkət zolağına çıxmasın. Yol kəsişmələrində sarı rəngli, tor tipli xətlərə diqqət yetirsinlər. Bəzən sürücülər öz getdikləri istiqamətlərdə bir-birlərinin hərəkətinə maneə yaradırlar, başqasını qarşısına keçib onun yolunu kəsirlər. Bu da istər-istəməz həmin istiqamətdə süni sıxlığa səbəb olur. Xüsusilə, gedilən istiqamətdə dayanma, durma tələbələri düzgün yerinə yetirilməlidir. Əgər ərazidə avtomobilin dayanması, durması qadağandırsa, ümumiyyətlə, o ərazidə avtomobil saxlanılmamalıdır. Bu tələblərə riayət edilmədiyi təqdirdə həmin ərazidə hərəkət istiqaməti üzrə sıx cərgələnmə yaranır. Bu da tıxaclara və sürücülərin ləngiməsinə səbəb olur. Ona görə də, sürücülər bütün bu tələblərə əməl etməlidir".

10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı
07 May 2025 Sabah pensiyalar ödəniləcək
06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI

Xəbər lenti