|
Bakıda dönərdən zəhərlənən 8 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Yol-xeber.az xəbər verir ki, onlar "28 Mall" ticarət mərkəzinin yaxınlığında yerləşən "Dönər Market"dən toyuq dönəri alaraq yediklərini bildiriblər. Müraciət edənlərin 1-i qadın, 7-si kişi olub. Zəhərlənənlərdən birinin 16 yaşı olduğu üçün Mərkəzin tabeliyindəki 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib.
Zəhərlənənlərin siyahısını təqdim edirik:
1. Bayramov Cavid,
2. Xəlilov Murad,
3. Fəttahova Tünzalə,
4. Əliyev Həmid,
5. Soltanov Səid,
6. Mirzəyev Rafiq,
7. Ömərov Qüdrət,
8. Soltanov Maqsud.
Vəziyyətləri yaxşı olduğu üçün Qüdrət Ömərov və Murad Xəlilov evə buraxılıblar.
Hazırda digərlərinin müalicəsi davam etdirilir.