Videosu yayılan qazi haqda

Sosial şəbəkələrdə Goranboy rayonunda yaşayan Vətən müharibəsi qazisi Vüsal Quliyevin çətin şəraitdə yaşaması ilə bağlı videomüraciəti yayılıb. 

Sözügedən videoda göz yaşları içində danışan qazi rəsmi qurumlar tərəfindən get-gələ salındığını deyir: “Gəlin, bizim yaşamağımıza baxın, gör nə gündə yaşayırıq. Bu, yaşamaq deyil. İcra başçısına yaxınlaşmışam, deyir get sabah gələrsən, birisi gün gələrsən. Bayrama görə ayın-oyun almağa gücüm çatmır”.  

“Qafqazinfo” qazinin vəziyyəti ilə bağlı Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. RİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rafət Qurbanov sorğumuza cavab olaraq sözügedən Vətən müharibəsi iştirakçısının çətin şəraitdə yaşadığını təsdiqləyib. Bildirib ki, o, İcra Hakimiyyətinə bir həftə əvvəl müraciət edib: “Vüsal Quliyev müharibə dövründə hərbi xidmətdə olub, döyüşlərdə iştirak edib. Biz də onun haqqında yenicə məlumat almışıq, bizə bir həftə olar müraciət edib. Çox pis vəziyyətdə yaşayırlar. Onun evində olmuşuq. Heç şəxsiyyət vəsiqəsi belə yoxdur. Nəinki özünün, ailəsində heç kimin sənədləri yoxdur. Hərbi biletinin əsasında sənədlərini toplamışıq.

ƏƏSM tərəfindən şəhid ailələri və qazilərə növbə əsasında ev tikilir. Lakin onun sənədləri olmadığına görə növbəyə yaza bilmədik. Ailəsini bizim köhnə xəstəxanada binada müvəqqəti yerləşdirmək istədik ki, sahibkarlara müraciət edək, kimin imkanı varsa, onun ev tikintisinə yardım etsin. Lakin qalmaq istəmədilər. Tapşırmışıq həmin xəstəxanadan salamat vəziyyətdə olan məişət əşyaları- stol, stul, çarpayı və digər əşyalar göndərilib. Dünən ərzaq yardımı etmişik. Həmçinin başqa sahibkarlar da ona ərzaq yardımı, maddi vəsait göndəriblər”.

Qeyd edək ki, Quliyev Vüsal Məhiyəddin oğlu 44 günlük Vətən müharibəsində Füzuli və Xocavənd istiqamətində döyüşlərdə iştirak edib və müvafiq medallarla təltif edilib.  

10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı
07 May 2025 Sabah pensiyalar ödəniləcək
06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI

Xəbər lenti