Minimum maaşın 300 AZN-dən az olmaması üçün ciddi nəzarət tədbirləri görülür

Ölkəmizdə minimum əməkhaqqının 300 manata çatdırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti iş yerlərində minimum əməkhaqqının həmin məbləğdən az olmaması üçün ciddi nəzarət tədbirləri görür.

“Qafqazinfo” xəbər verir ki, bu barədə nazirlikdə keçirilən Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2021-ci ilə dair fəaliyyətinin yekunlarına və Xidmətin qarşısında duran vəzifələrə həsr olunmuş iclasda bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin Sərəncamları ilə ölkəmizdə əməkhaqqı sisteminin inkişafında ciddi irəliləyişə nail olunduğunu vurğulayıb. O, 2019-cu ilin əvvəlində 130 manat təşkil edən minimum əməkhaqqının son 3 ildə 2,3 dəfə artırılaraq 300 manata çatdırıldığını, bu il üçün yaşayış minimumunu (210 manat) 43 faiz üstələdiyini bildirib.

İclasda iş yerlərində minimum əməkhaqqının 300 manatdan az olmaması üçün ciddi nəzarətin həyata keçirilməsinin, bununla bağlı işçilərin əmək hüquqlarının qorunmasının vacibliyi qeyd edilib.

Yeni tədbirlər planı əsasında bu istiqamətdə aparılan işlər diqqətə çatdırılıb. Qeyd olunub ki, “Əmək müqaviləsi bildirişi” altsistemi vasitəsilə bu sahədə vəziyyətə elektron nəzarət olunur. Əmək müqavilələri, eləcə də müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bütün məlumatlar həmin altsistemdə əhatə olunub.

Altsistemdə əmək müqaviləsində minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqının qeyd olunmasına məhdudiyyət tətbiq olunub. Bu il yanvarın 1-dək 300 manatdan aşağı əməkhaqqı qeyd edilmiş əmək müqavilələrində artıq yeni ilin ilk günündən müvafiq düzəlişlər edilməsi üçün elektron sistem vasitəsilə aidiyyəti işəgötürənlərə xəbərdarlıq mesajı da çatdırılıb.

İclasda əmək qanunverciliyinə əməl olunmasına dövlət nəzarəti, eləcə də əmək münasibətləri sahəsində inzibati xətaların elektron informasiya sistemləri vasitəsilə aşkarlanması, həmin xətalarla bağlı e-qaydada inzibati icraatın tətbiqi sahəsində görülmüş işlər və Xidmətin qarşısında duran vəzifələr müzakirə olunub.

10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı
07 May 2025 Sabah pensiyalar ödəniləcək
06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI

Xəbər lenti