Yol-xeber.az xəbər verir ki, Şamaxı Çuxuryud-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi avtomobil yolu sürüşmə nəticəsində uçquna məruz qalmışdı. Halhazırda sözü gedən avtomobil yolunda bərpa işləri görülür.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 19 saylı Xüsusi Təyinatlı Yol İdarəsində canlı qüvvəsi və texnikası əraziyə cəlb edilib yolda bərkitmə işləri görülür. Bərkitmə işləri yekunlaşandan sonra asvalt örtüyü vurulacaq.