Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəriNərimanov rayonu ərazisində kompleks tədbirlər icra olunur. 

Bu tədbirlər çərçivəsində “İnvestisiya Proqramı”na əsasən İbrahimpaşa Dadaşov küçəsində təmir işlərinə start verilib. Təmir işləri küçənin Ziya Bünyadov prospekti və Məmməd Araz küçələri arasında yerləşən 650 metrlik hissəsində aparılır. Aparılan təmir işləri çərçivəsində hazırda küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınmasıpiyada səkilərinin bərpa olunması işləri aparılır. 

Bundan başqa İbrahimpaşa Dadaşov küçəsinin bir hissəsində su və kanalizasiya xətləri istismar müddətini başa vurduğu üçün rəsmi müraciət əsasında və razılaşdırılmış şəkildə “Azərsu” ASC tərəfindən ərazidə qazıntı işləri aparılır. Kommunikasiya xəttlərinin yenilənməsi gələcəkdə sözügedən küçədə örtüyün vaxtından əvvəl zədələnməsini sığortalamış olacaq. 

Təəssüflər olsun ki, sözügedən küçədə aparılan işlərlə bağlı bir vətəndaş tərəfindən həqiqətə uyğun olmayan video çəkilərək sosial şəbəkələrdə paylaşılıb. Videoda həmin şəxs guya bir tərəfdə qazıntı işlərinin aparıldığını, digər tərəfdən isə asfalt döşəmə işlərinin görüldüyünü qeyd edərək ictimaiyyətə yanlış informasiya çatdırır. Halbuki sözügüdən küçədə yolun hərəkət hissəsində asfalt döşəmə işləri aparılmır. 

Sözügedən video qısa müddət ərzində kütləvi informasiya nümayəndələri, sosial media platformaları istifadəçiləri tərəfindən dəqiqləşdirilmədən və qərəzli surətdə təhrif olunmuş məlumat şəklində sosial şəbəkələrdə paylaşılaraq qəsdən dövlət qurumlarının fəaliyyətinə kölgə salmağa xidmət edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti olaraq bir daha kütləvi informasiya nümayəndələrindən, sosial media platformaları istifadəçilərindən xahiş edirik ki, bu cür rəsmi şəkildə təsdiqini tapmayan və təhrif olunmuş məlumatları paylaşaraq cəmiyyətdə çaşqınlıq yaratmağa çalışan kimliyi və məramı bəlli olmayan şəxslərə dəstək olmayasınız

10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı
07 May 2025 Sabah pensiyalar ödəniləcək
06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI

Xəbər lenti