Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyada işıqforları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

BDYPİ-dən "Yol-xeber.az"a daxil olan xəbərdarlıqda deyilir:

"Son illərdə paytaxt ərazisindəki küçə və prospektlərdə nəqliyyat axınının tənzimlənməsi, eləcə də piyadaların, o cümlədən görmə qabiliyyəti məhdud olan şəxslərin yolu qarşı tərəfə təhlükəsiz keçmələri üçün bəzi nizamlanan piyada keçidlərində sensor və ya düymə ilə idarə olunan piyada işıqforları quraşdırılıb.

Sürücülər üçün yaşıl işıq siqnalına üstünlük verilən belə işıqforın iş prinsipinə görə qurğuya toxunduqdan bir neçə saniyə sonra avtomobillər üçün qırmızı işıq siqnalı yanır və piyadaların yolun hərəkət hissəsini rahat şəkildə keçməsinə şərait yaranır ki, bu da nəqliyyatın intensiv hərəkət etdiyi yollarda ləngimələrin qarşısının alınmasına hesablanıb.

Lakin müşahidələr göstərir ki, yolu tək keçməyə çalışan bir çox piyadaların sensor və ya düymədən qısa zaman kəsiyində tez-tez istifadə etməsi bu tip işıqforların quraşdırıldığı ərazilərdə süni sıxlığın yaranmasına gətirib çıxarır. Yaxşı olar ki, piyadalar yolu keçərkən ətrafa baxsınlar, əgər başqaları da varsa, onları gözləyib yolu birlikdə keçsinlər. Dünya təcrübəsində də piyadalar nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmamaq üçün bir neçə nəfər toplaşdıqdan sonra sözügedən svetoforların imkanlarından istifadə edirlər.

Odur ki, Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edərək sensorlu və ya düyməli piyada işıqforlarının quraşdırıldığı ərazilərdə səbrli davranaraq yolu tək-tək deyil, toplu halda keçməyi, özləri ilə yanaşı digər yol hərəkəti iştirakçılarını da nəzərə almağı xahiş edir".

10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı
07 May 2025 Sabah pensiyalar ödəniləcək
06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI

Xəbər lenti