“Alstom Transport” Azərbaycan üçün istehsal etdiyi 40-cı yük lokomotivini təhvil verib

"Yol-xeber.az"un xəbərinə görə, “Alstom Transport” Azərbaycan üçün istehsal etdiyi 40-cı yük lokomotivini təhvil verib.

Şirkət müqavilə əsasında Azərbaycanın dəmir yolları üçün istehsal etdiyi son iki “ Prima T8 AZ8A” yük lokomotivini təqdim edib.

Bu münasibətlə təşkil edilən tədbir çərçivəsində iştirakçılar üçün lokomotivlərin istehsal olunduğu zavoda ekskursiya təşkil edilib.

Layihənin əhəmiyyətindən danışan “Elektovoz yığma zavodu”nun (ЭКЗ-электровоз құрастыру зауыты) Baş direktoru Kristian Martinati əməkdaşlığın bundan sonra da davam etdirilməsi üçün mümkün istiqamətlərə diqqət çəkib. Azərbaycan Dəmir Yolları ilə siqnalizasiya layihələri və lokomotiv parkına texniki xidmətin təşkili sahəsində birgə işin mümkünlüyünü deyib.

Alstom” şirkətinin Qərbi və Mərkəzi Asiya üzrə icraçı direktoru Kanat Alpısbayev bildirib ki, pandemiya şəraitinin meydana gətirdiyi bütün çətinliklərə baxmayaraq, layihənin reallaşdırılmasına nail olunub. O, yeni lokomotivlərin yüklərin intesiv, təhlükəsiz və rahat şəkildə daşınmasında faydalı olacağını, həmçinin TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tranzit potensialının artırılması məqsədinin gerçəkləşdirilməsinə müsbət təsir göstərəcəyini qeyd edib.

Azərbaycanın Qazaxıstandakı səfirliyinin müşaviri Rövşən Kazımov ölkələrimiz arasında nəqliyyat və logistika sahəsində əlaqələrin gücləndirilməsi ilə bağlı görülən tədbirlərdən danışıb.  Diplomat iqtisadi ticarət əlaqələrinin inkişafında beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində əməkdaşlığın intensivləşdirilməsinin zəruri olduğunu vurğulayıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsinin rəhbəri Natəvan Bayramova iştirakçılara Cəmiyyət sədri Cavid Qurbanovun məktubunu çatdırıb. “Bu layihə nəqliyyat sisteminin səmərəli fəaliyyət göstərməsi üçün geniş imkanlar yaradacaq. Sərnişin lokomotivlərinin hamısı, yük lokomotivlərindən isə 37-si artıq ölkəyə çatdırılıb. 38-ci lokomotiv nəql olunmaq üzrədir. Sonuncu 2 lokomotivin yekun sınaqları həyata keçirilib və yaxın günlərdə ölkəyə çatdırılacaq.”-deyə məktubda qeyd olunur.

Məlumat üçün bildirək ki, lokomotivlərin ilkin mərhələdə Şərq-Qərb nəqliyyat dəhlizinin Bakı-Böyük Kəsik və dəyişən cərəyana keçirilməsi planlaşdırılan Şimal-Cənub nəqliyyat dəhlizinin Biləcəri-Yalama hissələrində istismar olunması nəzərdə tutulur.  Alınmış yük lokomotivlərinin istismarı ilə daşınacaq yük qatarlarının orta çəkisi 4 500 tona qədər artırılacaq ki, bu da da yük daşımaya cəlb olunan lokomotiv sayı və əlavə manevr işlərini azaldacaq.

Dəyişən cərəyanla işləyən 40 ədəd yeni yük Az8A lokomotivi Qazaxıstan Respublikasında, 10 ədəd ikisistemli sərnişin Az4A lokomotivi isə Fransada istehsal edilmişdir.

Prima T8 (AZ8A) dünyanın ən güclü lokomotivlərindən biridir. Bu lokomotivlər yüklərin uzun məsafələrə daşınması zamanı maksimal rahatlıq və təhlükəsizliyi təmin edir. Saatda 120 km-ə qədər sürətlə hərəkət edə bilən Prima T8 (AZ8A) lokomotivi 9000 tona qədər yükdaşıma gücünə malikdir.

10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı
07 May 2025 Sabah pensiyalar ödəniləcək
06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI

Xəbər lenti