Kamaləddin Qafarov: “Regional layihələr  yenə də Ermənistan üçün  əlçatmaz olacaq”

“ Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya infrastrukturunun məhz İran ərazisindən keçməklə layihələndirilməsi Ermənistanın regional və beynəlxalq iqtisadi layihələrdən bir qədər də təcrid olunmasına və bu ölkənun daha da geriləməsinə səbəb olacaq. Ölkəmizin Vətən müharibəsində əldə etdiyi tarixi qələbə nəticəsində yaranmış yeni reallıqlar bütün region ölkələri üçün, o cümlədən Ermənistan üçün yeni iqtisadi inkişaf perspektivləri yaratdı. Azərbaycan hər zaman müəyyən şərtlər daxilində məğlub Ermənistana öz iqtisadiyyatını bərpa etmək şansı verə biləcəyini bəyan edib. Lakin bu ölkənin rəhbərliyi, nədənsə, belə bir tarixi şansı dəyərləndirməyə tələsmir. Qəribədir ki, bu gün iqtisadiyyatının, sözün əsl mənasında, reanimasiyaya ehtiyacı olan Ermənistan ona verilən imkanlardan imtina etməklə özünü daha çox dalana sıxışdırmağa üstünlük verir. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında bu günlərdə imzalanmış Anlaşma Memorandumu ilə nəzərdə tutulan layihələrin reallaşması ilə bölgədə avtomobil, dəmir yolu, rabitə və elektrik enerjisinin nəqli kimi strateji əhəmiyyət kəsb edən sahələrə yeni bir dinamika gələcək. Bütün regionun nəqliyyat, kommunikasiya strukturunda yeni bir canlanma müşahidə olunacaq. Lakin bütün bu proseslər Ermənistan üçün yenə də əlçatmaz olaraq qalacaq”.

Bu fikirləri mətbuata açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov bildirib.

Millət vəkili qeyd edib ki, yeni imzalanmış Anlaşma Memorandumu Azərbaycanla və İran arasında iqtisadi-ticari, siyasi sahələrdə münasibətlərin bundan sonra daha sürətli inkişafına böyük töhfə olacaq: “Azərbaycanla İran arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu hər iki ölkədə böyük razılıqla qarşılanıb. Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya xətlərinin yaradılmasına başlanılması ilə ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yeni bir mərhələyə keçid alacaq. Memorandumda Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla, ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur”.

K.Qafarov qeyd edib ki, ötən müddət ərzində Ermənistan tərəfi keçən il yanvarın 11-də Moskvada imzalanmış üçtərəfli Bəyanat əsasında yaradılmış birgə komissiyanın işinə müxtəlif əngəllər törətdi. Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkiləri, ondan sonra baş verən hadisələr, ümumilikdə üçtərəfli işçi qrupunun öz işinin geniş miqyasda həyata keçirməsinə ciddi maneələr ortaya çıxardı. Ən əsası da Ermənistan tərəfi Zəngəzur dəhlizi ilə bağlı konkret fikirlə çıxış etmir və üzərinə götürdüyü öhdəliklərin icrasını ləngidir. Hətta Azərbaycan iqtisadi və texniki sahədə əsaslandırmanı Ermənistana təqdim etsə də, hələ də yekun bir nəticə əldə etmək mümkün olmayıb. “Rəsmi İrəvan unutmasın ki, Azərbaycan bu gün öz maraq və mənafeylərini təmin edə bilmək üçün həm regional, həm də beynəlxalq səviyyədə kifayət qədər imkanlara və təsir rıçaqlarına malik bir ölkədir”.
28 Noyabr 2024 Oyuncaqların uşaqların xarakterinə TƏSİRİ: Psixoloqdan AÇIQLAMA
28 Noyabr 2024 Bu, şəxslər valideynlik hüququndan məhrum ediləcək
28 Noyabr 2024 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib
28 Noyabr 2024 Veteran pulu minimum 120 manat olacaq? - VACİB AÇIQLAMA
28 Noyabr 2024 Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib
27 Noyabr 2024 5 ildə əlilliyə görə orta pensiya 2,3 dəfə, müavinətlər isə 3,5 dəfə artıb - Sahil Babayev
27 Noyabr 2024 Millət vəkillərimiz hər kəsdən gözəl başa düşür ki... - Nazir
27 Noyabr 2024 Əlillik almaq çətindirsə, bu il 41 min insan bunu necə alıb? - Sahil Babayev
27 Noyabr 2024 Bunu etsək, pensiya sistemi çökər - Nazir
27 Noyabr 2024 Qadınların pensiya yaş həddi endirilsin - Deputatlardan təklif
27 Noyabr 2024 Şəhid ailələrinə edilən güzəştlərlə bağlı QƏRAR
27 Noyabr 2024 TƏBİB: COP29 zamanı ümumilikdə 826 nəfərə tibbi xidmət göstərilib
26 Noyabr 2024 Deputat bəzi sahələrə ayrılacaq pulun miqdarını və siyahısını açıqladı
26 Noyabr 2024 Təhsil müəssisələrindəki istilik problemi ilə bağlı rəsmi AÇIQLAMA
26 Noyabr 2024 “Azpulmat” və “Manato”ya borcu olanların NƏZƏRİNƏ: 45 gün ərzində...
26 Noyabr 2024 Yol polisi piyadalara ÇAĞIRIŞ ETDİ
26 Noyabr 2024 Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”
26 Noyabr 2024 Eldar Quliyev: “Möhtərəm Prezidentımiz cənab İlham Əliyevin unikal xarici siyasət kursu və incə diplomatiyası sayəsində Azərbaycan regional gücdən qlobal oyunçuya çevrilməkdədir”
25 Noyabr 2024 Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar
25 Noyabr 2024 Eldar Quliyev: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin unikal xarici siyasət kursu və incə diplomatiyası sayəsində Azərbaycan regional gücdən qlobal oyunçuya çevrilməkdədir”

Xəbər lenti