|
"Karantin zamanı vətəndaşlara tətbiq olunan cərimələrin silinməsinin tərəfdarıyam. Mayın 1-dən maska tələbi ləğv edilir. Nazirlər Kabineti bu məsələyə baxmalı, əhalinin sosial rifahı nəzərə alınmalı və maskalara görə tətbiq olunan cərimələr silinməlidir".
Bu sözləri "ARB24"də yayımlanan "İş vaxtı" verilişində qonaq olan hüquqşünas Loğman Abdullayev bildirib.
Lakin ödəməyənlər əfv olunursa, ödənilən cərimələrin geri qaytarılmasından söhbət gedə bilməz. Bu təcrübə var. Gürcüstanda, Ukraynada yazılan cərimələr silinib. Azərbaycanda əhalinin maddi vəziyyəti nəzərə alınaraq hökumətimiz də oxşar addımı ata bilər. Mayın 1-dən sonra maskalara görə yazılan cərimələrin silinməsi və əfv olunması doğru olardı.
Bir məsələni qeyd etmək lazımdır ki, cəriməsi yazılan şəxslərdən gec-tez bu pullar alınacaq. Maaşa və ya pensiyaya yönəltməklə bu cəriməni vətəndaş ödəyəcək".