|
Bu il Ramazan bayramı namazı ənənəvi qaydada qılınacaq.
Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev deyib.
O bildirib ki, artıq bunun üçün icazə verilib.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar bayram namazlarının ənənəvi qaydada qılınması məhdudlaşdırılmışdı.
Xatırladaq ki, Ramazan bayramı namazının vaxtı açıqlanıb. Göy məscid və Əjdərbəy məscidi kimi şəhərin əsas məscidlərində bayram namazı mayın 2-si saat 09:00-da, Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq.
Digər məscidlər də namazlarını saat 09:00 və ya 10:00-da təşkil etməkdə azaddırlar.
Azərbaycanda Ramazan bayramı mayın 2-si və 3-də qeyd ediləcək.