|
"Yol-xeber.az" xəbər verir ki, Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti sürüşmə zonalarından keçən avtomobil yollarında bir-sıra problemlərə səbəb olur. Bunun qarşısını almaq məsədilə hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən qabaqlayıcı tədbirlər görülür.
Belə ki, Quba-Xınalıq yolunda intensiv yağıntılar nəticəsində yola yaxın ərazilərdə aktivləşən sürüşmə nöqtələri müəyyən edilir. Baş verə biləcək sürüşmə nəticəsində torpaq və qaya qruntunun yolun hərəkət hissəsinə tökülərək hərəkətə maneə yaratmasının qarşını almaq üçün öncədən həmin qrunt təhlükəsiz şəraitdə əraziyə dağıdılır. Bununla sürüşmənin fəsadlarına qarşı önləyici tədbirlər aparılır.
YOLUNUZ AÇIQ OLSUN...