"Yol-xeber.az" xəbər verir ki, Neftçala rayon Heydər Əliyev Mərkəzində Tarix Diyarşünaslıq Muzeyinin, Rəsm Qalereyasının və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 18 May Beynəlxalq Muzeylər gününə həsr edilmiş “Tariximizi yaşadan Məkan-Muzeylər” adlı tədbir keçirilib.Tədbirdə Biləsuvar Regional İdarəsinin rəisi Əlisultan Sadıxov, Azərbaycan Milli Elmlər Akademiyasi-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji abidələrin toplusu sektorunun müdiri, fəlsəfə doktoru Mikayıl Mustafayev, tədbirin təşkilatçıları, Gülmirə Səfərova, Nigar Abdullayeva və Könül Məmmədova çıxış edərək bütün muzeyşünasları, muzeysevərləri peşə bayramı münasibətilə təbrik etdikdən sonra milli mənəvi dəyər, milli-mədəni xəzinə olan Muzeylərin tarixindən söhbət açdılar.