|
TƏBİB jurnalist Qadir İbrahimlinin vəfatı ilə bağlı məlumat yayıb.
Onun bu gün səhər saat 09:30 radələrində dünyasını dəyişdiyi bildirilir.
Qeyd olunur ki, Q. İbrahimli kəskin qaraciyər sirrozu diaqnozu ilə 18.05.2022-ci il tarixində M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin ciddi səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.