|
Ukraynalı qadın kəlmeyi-şəhadəti deyərək islam dinini qəbul edib.
Bu barədə sosial mediada görüntülər yayılıb.
"Məşədi Dadaş" məscidinin axundu, ilahiyyatçı Hacı Şahin Həsənli həmin şəxsə rus dilində kəlmeyi-şəhadəti izah edib. Daha sonra din xadiminin köməyi ilə sözləri təkrarlayıb.
Ukraynalı qadının müsəlman olması sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.
Həmin şəxsin bundan öncə xristian dininə mənsub olduğu bildirilir.