Kamaləddin Qafarov: “TEKNOFEST” Azərbaycan-Türkiyə birliyinin daha bir təntənəsi idi”
“İki dost və qardaş ölkə, strateji müttəfiqlər olan Azərbaycan və Türkiyə öz birliklərinin sarsılmazlığını növbəti dəfə bütün dünyaya nümayiş etdirdilər. Mayın 26-29-da Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı bu birliyin daha bir bariz təzahürü oldu. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu festivalda, həmçinin paytaxtda 7 saylı “ASAN xidmət” mərkəzinin və “Bilim Bakı” mərkəzinin açılışında birgə iştirakı əsl qardaşlıq nümunəsi kimi dünyaya təqdim edildi.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili qeyd edib ki, bu möhtəşəm tədbir eyni zamanda ölkələrimizin və xalqlarımızın gələcək inkişafını təmin edəcək etibarlı bazanın formalaşdırılması baxımından da böyük əhəmiyyət kəsb etdi: ““TEKNOFEST Azərbaycan” festivalının daha bir özəlliyi də ondadır ki, bu tədbirdə gənc nəslin ölkələrimiz arasında olan qardaşlığa hansı töhfələr verə biləcəyi də aydın şəkildə öz təzahürünü tapdı. Mahiyyət etibarı ilə “TEKNOFEST”-in əsasında duran əsas ideya özündə müstəqillik, qardaşlıq, elm və müasirlik kimi vacib amilləri ehtiva edir. Bu gün həm Azərbaycanın, həm də Türkiyənin bu qabaqcıl yenilikləri uğurla tətbiq etməkdə qərarlı və bacarıqlı olmaları artıq heç kəsdə şübhə doğura bilməz. Azərbaycanın apardığı və tarixi Qələbə ilə başa vurduğu 44 günlük Vətən müharibəsi də müasir texnologiyaların ağıl və cəsarətlə bir araya gəldiyi zaman əldə edilə bilməyəcək heç bir nəticənin olmadığını bütün dünyaya göstərdi. Məhz bu səbəbdən də ölkələrimizin texnologiyalar sahəsində dayanıqlı inkişafı hazırda bütün dünyanın diqqətini cəlb edir. Prezident İlham Əliyevin dediyi kimi, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik. Həqiqətən də Azərbaycan xalqı üçün son dərəcə önəmli olan bir gündə, 28 May-Müstəqillik Günündə Azərbaycan və Türkiyə Prezidentlərinin birlikdə olmaları hər iki ölkənin parlaq gələcəyinin ən böyük təminatıdır.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın festivalda çıxışı zamanı ötən illərin sınaqlarında inkişaf edərək zirvəyə ucalmış qardaşlıq salnaməsinin önəmli səhifələrini xatırladaraq demişdir:” 1915-ci ildə Çanaqqalada,1918-ci ildə Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində ürəklərimiz və biləklərimiz ortaq mübarizəmizdə yenidən bərabər olmuşdur.”

Millət vəkili vurğulayıb ki, tarixi Şuşa Bəyannaməsinin imzalanmasından sonra Türkiyə və Azərbaycan münasibətləri artıq rəsmi olaraq müttəfiqlik zirvəsinə ucaldı: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də öz çıxışında dediyi kimi, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətlərini əhatə edir. O cümlədən, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti. Həmçinin Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi xüsusi olaraq qeyd olunub. Müttəfiqlik Bəyannaməsi ölkələrimizin imkanlarını birləşdirdi”.

Kamaləddin Qafarov sonda festivalın siyasi əhəmiyyətini qeyd edərək deyib: “Teknofest Azərbaycan” festivalının daha önəmli bir cəhəti də Türkiyə-Azərbaycan münasibətlərinin ən yüksək səviyyədə olduğunun və getdikcə daha da şaxələndiyinin və möhkəmləndiyinin bütün dünyaya nümayişi oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyev festivalda etdiyi çıxışında məhz bu məqamı xüsusi olaraq vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ötən illər ərzində qardaş Türkiyə daim ölkəmizin, xalqımızın yanında olub. Biz hər zaman bu qardaşlıq dəstəyini hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün inkişaf yolunun əsas istiqamətidir. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanında yer alırlar. Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı ki, Türkiyə və Azərbaycan yanaşı inamla addımladıqca, bölgəmizdə sülh və əmin-amanlıq da möhkəm və sarsılmaz olacaq”.
28 Noyabr 2024 Veteran pulu minimum 120 manat olacaq? - VACİB AÇIQLAMA
28 Noyabr 2024 Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib
27 Noyabr 2024 5 ildə əlilliyə görə orta pensiya 2,3 dəfə, müavinətlər isə 3,5 dəfə artıb - Sahil Babayev
27 Noyabr 2024 Millət vəkillərimiz hər kəsdən gözəl başa düşür ki... - Nazir
27 Noyabr 2024 Əlillik almaq çətindirsə, bu il 41 min insan bunu necə alıb? - Sahil Babayev
27 Noyabr 2024 Bunu etsək, pensiya sistemi çökər - Nazir
27 Noyabr 2024 Qadınların pensiya yaş həddi endirilsin - Deputatlardan təklif
27 Noyabr 2024 Şəhid ailələrinə edilən güzəştlərlə bağlı QƏRAR
27 Noyabr 2024 TƏBİB: COP29 zamanı ümumilikdə 826 nəfərə tibbi xidmət göstərilib
26 Noyabr 2024 Deputat bəzi sahələrə ayrılacaq pulun miqdarını və siyahısını açıqladı
26 Noyabr 2024 Təhsil müəssisələrindəki istilik problemi ilə bağlı rəsmi AÇIQLAMA
26 Noyabr 2024 “Azpulmat” və “Manato”ya borcu olanların NƏZƏRİNƏ: 45 gün ərzində...
26 Noyabr 2024 Yol polisi piyadalara ÇAĞIRIŞ ETDİ
26 Noyabr 2024 Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”
26 Noyabr 2024 Eldar Quliyev: “Möhtərəm Prezidentımiz cənab İlham Əliyevin unikal xarici siyasət kursu və incə diplomatiyası sayəsində Azərbaycan regional gücdən qlobal oyunçuya çevrilməkdədir”
25 Noyabr 2024 Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar
25 Noyabr 2024 Eldar Quliyev: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin unikal xarici siyasət kursu və incə diplomatiyası sayəsində Azərbaycan regional gücdən qlobal oyunçuya çevrilməkdədir”
25 Noyabr 2024 Parkinqdə avtomobilin nömrəsini çıxaranlar cərimələnə bilərmi? - Cavablar
25 Noyabr 2024 Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! - Bu gündən...
25 Noyabr 2024 Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb

Xəbər lenti