"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı Ekspo Mərkəzində təşkil olunan 10-cu Yubiley Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat sərgisində iştirak edir.

Dövlət Agentliyi sözügedən sərgidə quraşdırılmış xüsusi pavilyonunda son illər Bakı şəhərində və bölgələrdə yol infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsiistiqamətində görülən işlərgələcək layihələr və yeniliklər barədə ətraflı məlumat əldə etmək mümkündür.

01-03 iyun tarixləri arasında davam edəcək “Road and Traffic” sərgisi Xəzər regionunda yol infrastrukturu, ictimai nəqliyyat, yol təhlükəsizliyi və informasiya texnologiyaları kimi sektorların peşəkarlarını öz meydançasında bir araya toplayan ixtisaslaşdırılmış tədbiridir

Sərgi yol, körpü və tunellərin layihələndirilməsi və inşası əsnasında bu sahənin mütəxəssislərinə müasir həll variantlarını təqdim etmək, habelə bazarın tələbatlarını və intellektual nəqliyyat sistemi sektoruna aid olan məhsulların satış potensialını tədqiq etmək, Azərbaycanın ictimai nəqliyyat operatorları ilə görüşmək və bu sahə üzrə tenderlərdə iştirak etmək, o cümlədən yol-tikinti sektorunda çalışan podratçıların mütəxəssislər ilə görüşmək üçün nadir imkandır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndələrinin də qatıldığı ikitərəfli B2B görüşlər yol-inşaat və yol təhlükəsizliyi sahələrinin yenilikləri ilə tanış olmağa, mövcud və potensial müştərilərlə işgüzar əlaqələrin qurulmasına öz töhfəsini verəcək.

“Road & Traffic” sərgisində Azərbaycanla yanaşı, TürkiyəAlmaniya, İtaliyaRusiya, BelarusYunanıstan və Birləşmiş Ərəb Əmirliklərini təmsil edən şirkətlər yol və tunellərin layihələndirilməsi və tikintisi, yol təhlükəsizliyi vasitələri, şəhər infrastrukturunun layihələndirilməsi üçün proqram təminatı, yol maneələri, nəqliyyatı intellektual idarəetmə sistemləri, elektron yol monitorları, avtobuslar və bir sıra digər məhsulları təqdim edirlər.  

Qeyd edək ki, 10-cu Yubiley Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat sərgisinin rəsmi dəstəkçilərindən biri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi seçilib.

YOLUNUZ AÇIQ OLSUN...

10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı
07 May 2025 Sabah pensiyalar ödəniləcək
06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI

Xəbər lenti