"Yol-xeber.az" xəbər verir ki, 30 iyun 2022-ci il tarixində Salyan Rayon Heydər Əliyev Mərkəzində Biləsuvar Regional Mədəniyyət İdarəsinin, Salyan Rayon Mədəniyyət Nümayəndəliyinin və Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Salyan rayon Komitəsinin təşkilatçılığı ilə təqaüddə olan mədəniyyət işçiləri ilə "Nəsillərin Görüşü" adlı tədbir keçirildi. Bu tədbirin keçirilməsində əsas məqsəd yaşlı nəsil mədəniyyət işçilərinə göstərilən diqqəti, qayğını, heç vaxt unudulmadıqlarını, hər zaman xatırlandıqlarını və həmişə gənclərin onların məsləhətlərinə və tövsiyyələrinə ehtiyacının olmasını aşılamaqdan ibarət idi. Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin müavini, Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi, Salyan Rayon Mədəniyyət Nümayəndəliyi, yaşlı nəslin mədəniyyət nümayəndələri, gənc mədəniyyət işçiləri iştirak etdilər. Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Əlisultan Sadıxov, Salyan Rayon İcra Hakimiyyətinin müavini Rəşad Cəbrayılov, Salyan rayonunun deputatı Jalə Əhmədovanın köməkçisi Əlimuxtar Məmmədov tədbirdə çıxış edərək Ulu Öndər tərəfindən Mədəniyyət işçilərinə göstərilən xüsusi diqqət və qayğının bu gün də, Cənab Prezidentimiz tərəfindən uğurla davam etdirilməsindən, bu görüşün əhəmiyyətindən geniş söz açdılar. Tədbirin aparıcıları Kürçaylı Məmmədov və Rəfiqə Ağabəylinin təqdimatında yaşlı nəsilin nümayəndələri öz xatirələrini gənclərlə bölüşdülər. Təqaüddə olan mədəniyyət işçilərindən Cahangir Qaraşov, Əli Əlizadə, Yavər Cəbrayılov, Nəbi İbrahimov, Lətif Zərbəliyev, Rahab Əsgərov, İman Mustafayev və Sənubər Əliyeva yaşlı nəslin təcrübəsinin gənc nəsil üçün daim örnək olmasından söz açdılar, gənc nəsilə öz tövsiyələrini verdilər. Daha sonra Salyan Rayon Kukla Teatrının kollektivi "Sülh naminə birləşək" adlı səhnəsi, təqaüddə olan aktyorlarin səhnəciyi və müxtəlif musiqi nömrələri nümayis olundu. Sonda Salyanın mədəni həyatını və incəsənət uğurlarını göstərən film nümayiş olundu.

.


d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
27 Noyabr 2024 5 ildə əlilliyə görə orta pensiya 2,3 dəfə, müavinətlər isə 3,5 dəfə artıb - Sahil Babayev
27 Noyabr 2024 Millət vəkillərimiz hər kəsdən gözəl başa düşür ki... - Nazir
27 Noyabr 2024 Əlillik almaq çətindirsə, bu il 41 min insan bunu necə alıb? - Sahil Babayev
27 Noyabr 2024 Bunu etsək, pensiya sistemi çökər - Nazir
27 Noyabr 2024 Qadınların pensiya yaş həddi endirilsin - Deputatlardan təklif
27 Noyabr 2024 Şəhid ailələrinə edilən güzəştlərlə bağlı QƏRAR
27 Noyabr 2024 TƏBİB: COP29 zamanı ümumilikdə 826 nəfərə tibbi xidmət göstərilib
26 Noyabr 2024 Deputat bəzi sahələrə ayrılacaq pulun miqdarını və siyahısını açıqladı
26 Noyabr 2024 Təhsil müəssisələrindəki istilik problemi ilə bağlı rəsmi AÇIQLAMA
26 Noyabr 2024 “Azpulmat” və “Manato”ya borcu olanların NƏZƏRİNƏ: 45 gün ərzində...
26 Noyabr 2024 Yol polisi piyadalara ÇAĞIRIŞ ETDİ
26 Noyabr 2024 Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”
26 Noyabr 2024 Eldar Quliyev: “Möhtərəm Prezidentımiz cənab İlham Əliyevin unikal xarici siyasət kursu və incə diplomatiyası sayəsində Azərbaycan regional gücdən qlobal oyunçuya çevrilməkdədir”
25 Noyabr 2024 Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar
25 Noyabr 2024 Eldar Quliyev: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin unikal xarici siyasət kursu və incə diplomatiyası sayəsində Azərbaycan regional gücdən qlobal oyunçuya çevrilməkdədir”
25 Noyabr 2024 Parkinqdə avtomobilin nömrəsini çıxaranlar cərimələnə bilərmi? - Cavablar
25 Noyabr 2024 Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! - Bu gündən...
25 Noyabr 2024 Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
23 Noyabr 2024 Azərbaycanda Bazar gününün havası açıqlandı
23 Noyabr 2024 COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır

Xəbər lenti