|
Bir neçə gün əvvəl Sumqayıtda qadına təpik vuraraq avtobusdan çıxaran sürücü Aqil Kosayev işinə bərpa edilib.
"ARB Xəbər"ə açıqlama verən sürücü məsələyə hüquqi qiymət verildiyini deyib və baş verənlər haqda danışıb:
"İşıqforda düşməyi tələb edirdi. Mən də ikinci xətt üzrə yaşıl işıqda hərəkət edirdim. Ona görə də, qapını açmaq imkanı olmadı. Bir-birimizi başa düşmədik, hadisə baş verdi. İşimiz elə bir işdir ki, birinci növbədə səbirli olmaq lazımdır. Belə bir şey olmamalıydı. Çalışarıq bir də olmasın".
Qeyd edək ki, hadisə bir neçə gün əvvəl baş verib. Qadının avtobusdan yıxılıb xəsarət almasına görə, sürücü A.Kosayev işindən uzaqlaşdırılmışdı.