"Yol-xeber.az" xəbər verir ki, Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Əlisultan Sadıxov və idarə heyəti Salyanda mədəniyyət işçiləri ilə görüşüb. Salyan rayon Mədəniyyət Mərkəzində keçirilən görüşdə mədəniyyət sahəsində aparılan islahatlar, qarşıda duran vəzifələr, nizam-intizam qaydalarına ciddi riayət olunması, tədbirlərin keyfiyyətinin artırılması, sosial şəbəkədə aktivlik və başqa məsələlərdən danışılıb. Sonra mədəniyyət işçilərinin təklif və iradları dinlənilib. Araşdırılması vacib hesab edilən məsələlər qeydə alınıb.