Azərbaycan Dəmiryol Muzeyində Respublika İncəsənət Gimnaziyasının şagirdlərinin rəsmlərindən ibarət 1 iyun – Beynəlxalq Uşaqların Müdafiəsi Gününə həsr olunmuş sərgi keçirilib.
“Yol-xeber.az”ın məlumatına görə, Sərgi ADY əməkdaşlarının övladları daxil olmaqla uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Rəsmləri nümayiş etdirilmiş şagirdlər mükafatlandırılıb, ADY tərəfindən onlara sertifikatlar və müxtəlif hədiyyələr təqdim edilib.