|
Azərbaycanda artıq uzun müddətdir ki, metro stansiyalarına birləşmiş keçidlərdə ticarət fəaliyyəti həyata keçirilmir.
Lakin buna baxmayaraq son günlər isə metronun “20 Yanvar” stansiyasına bitişik keçiddə köşklərin çalışması, müzakirə mövzularından birinə çevrilib.
Lakin dövlət qurumları sözügedən keçidin özəl mülkiyyət olduğunu bildiriblər. Elə bu səbəbdən indiyə qədər həmin keçiddəki ticarət köşklərinin fəaliyyətinə nə şəhər icra hakimiyyəti, nə də metropoliten rəhbərliyi müdaxilə edə bilir.
Sosial şəbəkə paylaşımlarında bildirilir ki, həmin köşklərin yığışdırılması üçün aidiyyəti üzrə müraciətlər olunsa da, nəticəsiz qalıb. Bu keçidin sahibinin kimliyi də məlum deyil və ya rəsmən açıqlanmır.