Dekabr ayının ilk ongünlüyündən ölkə ərazisində qış fəslinə uyğun sinoptik proseslər müşahidə edilir.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, ölkədə tutqun-buludlu, soyuq hava şəraiti üstünlük təşkil edir.

O qeyd edib ki, keçən ilin müvafiq dövründə havanın temperaturu xeyli yüksək olub, cəmi 2 gün yağış qeydə alınıb: “Bu il Mərkəzi Rusiyanı əhatə edən çox soyuq Sibir antisiklonunun cənub-şərqə hərəkəti ölkəmizdə də hava şəraitinə öz təsirini göstərib, temperaturun iqlim norması ilə müqayisədə 4.7 dərəcəyədək enməsinə səbəb olub. Atmosfer təzyiqi 777 mm civə sütunu olub ki, bu da normadan xeyli yüksəkdir”.

Xidmət rəisi bildirib ki, bu müddət ərzində Bakıda və Abşeron yarımadasında ən soyuq gün dekabrın 5-də qeydə alınıb, havanın minimal temperaturu 2 dərəcəyədək isti, Şahdağda isə 17 dərəcəyədək şaxta olub:

"Müqayisə üçün qeyd edək ki, son illərin müşahidə məlumatlarına əsasən, Bakıda və Abşeron yarımadasında dekabr ayı ərzində havanın minimal temperaturu 2016-cı ildə 4.2 dərəcə şaxta olub. Dekabr ayının ötən 8 günü ərzində artıq bəzi rayonlarda yağıntının miqdarı hətta aylıq normanı aşıb, Tovuzda 146 faiz, Beyləqanda 108 faiz, Lerikdə 100 faiz təşkil edib. Bakıda və Abşeron yarımadasında 16 mm yağıntı düşüb, bu da yarımaylıq normaya yaxındır. Düşən yağıntının miqdarı Qazax-Gəncə zonasında 83 faizədək, Daşkəsən-Gədəbəydə 90 faiz, Balakən-Şəki zonasında 65 faizədək, Quba-Xaçmazda 70 faizədək, Mərkəzi Aran rayonlarında 66-90 faiz, Lənkəran-Astara zonasında aylıq normanın 73 faizinədək olub”.

U.Tağıyevanın sözlərinə görə, dağlıq və dağətəyi ərazilərdə qar yağıb, dayanıqlı qar örtüyü əmələ gəlib: "Qar örtüyünün maksimal hündürlüyü dekabrın 7-də Daşkəsəndə 13 sm, Şuşada 15 sm, Altıağacda 11 sm, Laçın, Xocavənd, Kəlbəcər və Göygöldə 10 sm, Şəkidə 8 sm, Qaxda 6 sm, Lerikdə 5 sm, Gədəbəy, Qubada 3 sm, Ağdərə (Ordubad), Şamaxı, Şahdağ, Qrız, Xaltanda 2 sm, Qusar, Yardımlı, İsmayıllı, Qobustanda 1 sm olub. Həftənin sonunadək paytaxtda tutqun, arabir yağıntılı və soyuq hava şəraitinin davam edəcəyi gözlənilir. Ölkənin əsasən şərq rayonları hazırda Qazaxıstanın soyuq antisiklonunun təsiri altında olacaq, buna görə də hava şəraiti tutqun, fasilələrlə yağıntılı keçəcək”.

26 Noyabr 2024 Deputat bəzi sahələrə ayrılacaq pulun miqdarını və siyahısını açıqladı
26 Noyabr 2024 Təhsil müəssisələrindəki istilik problemi ilə bağlı rəsmi AÇIQLAMA
26 Noyabr 2024 “Azpulmat” və “Manato”ya borcu olanların NƏZƏRİNƏ: 45 gün ərzində...
26 Noyabr 2024 Yol polisi piyadalara ÇAĞIRIŞ ETDİ
25 Noyabr 2024 Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar
25 Noyabr 2024 Eldar Quliyev: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin unikal xarici siyasət kursu və incə diplomatiyası sayəsində Azərbaycan regional gücdən qlobal oyunçuya çevrilməkdədir”
25 Noyabr 2024 Parkinqdə avtomobilin nömrəsini çıxaranlar cərimələnə bilərmi? - Cavablar
25 Noyabr 2024 Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! - Bu gündən...
25 Noyabr 2024 Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
23 Noyabr 2024 Azərbaycanda Bazar gününün havası açıqlandı
23 Noyabr 2024 COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
23 Noyabr 2024 Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”
22 Noyabr 2024 Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
22 Noyabr 2024 Qazaxın işğaldan azad olunan kəndlərinə belə nəzarət olunur - FOTOLAR + VİDEO
22 Noyabr 2024 Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
22 Noyabr 2024 DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət
22 Noyabr 2024 Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
21 Noyabr 2024 Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
21 Noyabr 2024 Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
21 Noyabr 2024 Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı

Xəbər lenti