Azərbaycanda Qurban bayramı qeyd olunur

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur.

Qurban bayramı və ya dini qurban kəsmə bayramı İslam dünyasında ən müqəddəs bayramlardan biri sayılır.

Qurban bayramı bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır. Bu il müvafiq tarix miladi təqvimlə iyunun 6-na təsadüf edir.

Bu gün ölkənin bütün məscidlərində bayram namazı qılınır.

Bayram namazı Bakıda Əjdərbəy məscidində saat 08.00, Təzəpir məscidində isə 09.00-a təyin edilib.

Bu müqəddəs gündə müsəlmanlar Allaha olan sədaqətlərini nümayiş etdirmək üçün qurban kəsirlər. İnsanların birliyinə, bir-birinə qarşılıqlı hörmət etməsinə xidmət edən bu bayram ailə dəyərlərinin möhkəmlənməsində də əhəmiyyət daşıyır. İslam dininin qaydalarına görə, kəsilən qurbanlıq üç yerə bölünə bilər. Bu payların qurban kəsən şəxsin ailəsinə, yaxın qohumlarına və yoxsullara paylanması məsləhət görülür.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” qanuna əsasən, Qurban bayramı Azərbaycanda dövlət səviyyəsində bayram edilir.

Müqəddəs Qurban bayramı ölkəmizdə təşkil olunan müxtəlif mərasimlərlə qeyd olunur. Bu münasibətlə keçirilən müxtəlif xeyriyyə tədbirlərində adətən aztəminatlı ailələrə, məcburi köçkünlərə, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara, şəhid ailələrinə qurbanlıq əti və ərzaq məhsullarından ibarət bayram sovqatı paylanılır.

Qurban bayramınız mübarək olsun!

05 İyun 2025 Bayram gününün havası açıqlandı
05 İyun 2025 Bu gün qısaldılmış iş günüdür
05 İyun 2025 Kəmaləddin Heydərov Əmr imzaladı
05 İyun 2025 ADNSU-nu bitirib, amma plastik cərrahdır - Daha bir qalmaqallı klinika - VİDEO
04 İyun 2025 “Azərbaycan Dəmiryol Muzeyində 1 İyun Uşaqların Müdafiəsi Gününə Həsr olunmuş Şagird Rəsm Sərgisi və Mükafatlandırma”
04 İyun 2025 Sabah bəzi yerlərdə yağış yağacaq, dolu düşəcək - PROQNOZ
04 İyun 2025 Abşeronda balıqların kütləvi ölümü - RƏSMİ AÇIQLAMA
04 İyun 2025 Qarabağda mərkəzi istilik sistemi quraşdırılacaq
04 İyun 2025 İrəvan-Bakı arasında yüksək səviyyəli reyslər – İki uçuş olub
04 İyun 2025 Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər
03 İyun 2025 Sosial müavinət və təqaüd alanlara şad xəbər: Yaxın vaxtlarda...
03 İyun 2025 Azərbaycan Ordusu atəşli reaktiv sistemlərdən döyüş atışları icra edib - VİDEO
03 İyun 2025 Lerikdə qanunsuz tikili söküldü - Fotolar
02 İyun 2025 Kreditlə qurbanlıq heyvan almaq olarmı? - AÇIQLAMA
02 İyun 2025 Qurban bayramı namazının vaxtı açıqlandı
02 İyun 2025 Üç uşaq atası olan qazinin pensiyası niyə kəsilib? - Rəsmi açıqlama
01 İyun 2025 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
31 May 2025 Bir qrup keçmiş məcburi köçkün Laçının Bəylik kəndinə yola salındı - FOTOLAR
30 May 2025 Qatarda ödəniş etmədən gedən sərnişinlər cərimələnəcək
30 May 2025 Sabah yay havası olacaq - 36° isti

Xəbər lenti