"Yol-xeber.az" xəbər verir ki, Bu gün Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovla birlikdə Biləsuvar Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə "Yeni il" bayramına həsr olunmuş "Şaxta babaya məktub" tamaşasına gedib uşaqların sevincinə şərik olduq. Uşaqların üzünü güldürən tamaşanın təşəbbüskarı, Regional İdarənin rəisi Əlisultan Sadıxova və Salyan Dövlət Kukla teatrının yaradıcı heyətinə təşəkkür edirəm.