Azərbaycanda daha 47 təsiredici maddənin tətbiqi qadağan olundu

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində tətbiqi qadağan edilmiş təsiredici maddalərin siyahısına 47 əlavənin olunmasına dair qərar qəbul edib.

AQTA-dan verilən məlumata görə, “Fitosanitar nəzarəti haqqında” qanuna uyğun olaraq, 2021-ci ildə AQTA-nın qərarı ilə 191 adda təsiredici maddədən hazırlanmış preparatların ölkə ərazisində tətbiqi qadağan olunub.

Eyni zamanda Agentlik tərəfindən bu istiqamətdə aparılan araşdırmalar davam etdirilib. Nəticədə müvafiq Beynəlxalq Konvensiyalarda, Avropa İttifaqında və Türkiyə Respublikasında istifadəsi qadağan olunan təsiredici maddələr əsas götürülməklə siyahıya yeni 47 adda təhlükəli təsiredici maddənin əlavə edilməsi məqsədəuyğun hesab olunub. Bu məsələ müvafiq qaydada Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Səhiyyə Nazirliyi ilə razılaşdırılıb.

Həmçinin qadağan edilməsi nəzərdə tutulan təsiredici maddələrdən hazırlanmış preparatların idxalı ilə bağlı sahibkarlıq subyektləri tərəfindən öncədən müqavilələrin bağlanmasının mümkünlüyü və həmin preparatların ölkə ərazisində qalıqlarının mövcudluğu nəzərə alınıb. Təsiredici maddələrdən hazırlanmış preparatların mərhələli olaraq, yəni 2023-cü il fevralın 1-dən istehsalının və idxalının dayandırılması, 2024-cü il yanvarın 1-dən isə ölkə ərazisində tətbiqinin qadağan edilməsi barədə qərar qəbul olunub.

Qəbul edilmiş qərar barədə aidiyyəti üzrə Azərbaycan Bitki Mühafizə Vasitələri, Gübrə İstehsalçıları və İdxalçıları Assosiasiyasına və həmin təsiredici maddə tərkibli preparatların anbar qalıqları mövcud olan sahibkarlara məktub ünvanlanıb. Məktubda 2023-cü ilin əkin mövsümü ərzində qadağan edilməsi nəzərdə tutulan təsiredici maddələrdən hazırlanmış preparatların anbar qalıqlarının satışının təşkili və istifadə olunması üçün müvafiq tədbirlərin görülməsi xahiş edilib. Eyni zamanda 2024-cü il yanvarın 1-dək istifadə olunmamış preparatlarla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının sahibindən geri alınaraq zərərsizləşdirilməsi və ya məhv edilməsi” Qaydalarının müddəalarına uyğun tədbirlərin görüləcəyi bildirilib.

"Azərbaycan Respublikasında tətbiqi qadağan edilmiş təsiredici maddalərin Siyahısı"na əlavə olunan 47 adda təsiredici maddə ilə aşağıdakı siyahıdan tanış ola bilərsiniz:

1. 1,3-Dichloropropene

2. 1,7-Dioxaspirg-[5.5]-undecane

3. Amitraz

4. Atrazine

5. Benomyl

6. Beta-cypermethrin

7. Brodifacoum

8. Bromophos-ethyl

9. Carbaryl

10. Carbendazim

11. Carbosulfan

12. Chlorfenapyr

13. Chlorpyrifos (gthyl)

14. Chlorpyrifos-methyl

15. Coumachlor

16. Cyclanilide

17. Cyhexatin

18. Cyfluthrin

19. Diazinon

20. Dichlorvos (DDVP)

21. Diniconazole-M

22. Diquat

23. DNOC

24. EPN

25. Egnpropathrin

26. Flusilazole

27. Glufosinate

28. Haloxyfop

29. Hexaconazole

30. lmibenconazole

31. lprodione

32. Linuron

33. Maneb

34. Metolachlor

35. Novaluron

36. Plant extracts (red oak, prickly pearcactus, fragrant sumac, red mangrove)

37. Propargite

38. Propineb

39. Pymetrozine

40. Short-chain chlorinated paraffins (SCCPs)

41. Tetramethrin

42. Terbutryn

43. Thiodicarb

26 Noyabr 2024 Deputat bəzi sahələrə ayrılacaq pulun miqdarını və siyahısını açıqladı
26 Noyabr 2024 Təhsil müəssisələrindəki istilik problemi ilə bağlı rəsmi AÇIQLAMA
26 Noyabr 2024 “Azpulmat” və “Manato”ya borcu olanların NƏZƏRİNƏ: 45 gün ərzində...
26 Noyabr 2024 Yol polisi piyadalara ÇAĞIRIŞ ETDİ
25 Noyabr 2024 Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar
25 Noyabr 2024 Eldar Quliyev: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin unikal xarici siyasət kursu və incə diplomatiyası sayəsində Azərbaycan regional gücdən qlobal oyunçuya çevrilməkdədir”
25 Noyabr 2024 Parkinqdə avtomobilin nömrəsini çıxaranlar cərimələnə bilərmi? - Cavablar
25 Noyabr 2024 Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! - Bu gündən...
25 Noyabr 2024 Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
23 Noyabr 2024 Azərbaycanda Bazar gününün havası açıqlandı
23 Noyabr 2024 COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
23 Noyabr 2024 Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”
22 Noyabr 2024 Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
22 Noyabr 2024 Qazaxın işğaldan azad olunan kəndlərinə belə nəzarət olunur - FOTOLAR + VİDEO
22 Noyabr 2024 Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
22 Noyabr 2024 DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət
22 Noyabr 2024 Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
21 Noyabr 2024 Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
21 Noyabr 2024 Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
21 Noyabr 2024 Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı

Xəbər lenti