Kamaləddin Qafarov: “Enerji təchizatının  şaxələndirilməsi zəruridir”“Bu gün bir çox Avropa ölkələri Azərbaycanla strateji tərəfdaşlığı dərinləşdirməyə və mühüm strateji əhəmiyyətə malik regional layihələrin birgə icrasına hazırlıqlarını bəyan edirlər. Azərbaycanın etibarlı tərəfdaş olması, eləcə də Avropanın enerji təhlükəsizliyində rolunun getdikcə artması Avropa İttifaqı ölkələrinin bu münasibətini formalaşdıran əsas amil kimi çıxış edir. Fevralın 3-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının keçirilməsi deyilənləri təsdiq edir. Bir il bundan öncə Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının səkkizinci toplantısı keçirilmişdi. Prezident İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, ötən bir ildə dünyada qlobal dəyişikliklər baş verib və bu proses hələ də davam edir. Məhz bu proseslərin fonunda enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır və bu problem artıq milli təhlükəsizlik məsələsinə çevrilib. Yaranmış yeni reallıqlar fonunda Avropaya qaz nəqli üçün yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunması istiqamətində görülmüş işlərin əhəmiyyəti bu gün özünü xüsusilə qabarıq şəkildə göstərməkdədir. İki ildir ki, Cənub Qaz Dəhlizi açılıb və bu gün artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsi nəzərdən keçirilir. Həmçinin TAP-ın ötürücülük qabiliyyətinin 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər qaldırılması müzakirə olunur. Bu bir daha göstərir ki, Avropada alternativ enerji mənbəyinə ehtiyac çox böyükdür və enerji təchizatının davamlı şəkildə şaxələndirilməsi zəruridir.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat Avropaya Azərbaycandan təbii qaz ixracı həcminin artmasının ölkəmizin beynəlxalq mövqelərini daha da möhkəmləndirən amil olduğunu vurğulayaraq deyib: “Avropaya Azərbaycandan təbii qaz ixracı getdikcə artır. Bu göstərici 2021-ci ildə təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr həcmində olmuşdur. Bu il isə ixrac həcminin 24,5 milyard kubmetr olması gözlənilir. Ötən ilin iyulunda Bakıda Azərbaycan Prezidenti cənab İlham Əliyev və Avropa Komissiyasının rəhbəri xanım Ursula Fon der Lyayen tərəfindən imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Memorandum uğurla icra olunur. Dövlətimizin başçısının dediyi kimi, bu sənəd, əslində, gələcək planlar üçün aydın yol xəritəsidir. Ölkəmiz Avropaya qaz ixracını 2027-ci ilə qədər iki dəfə artırmağı planlaşdırır və bunun üçün Azərbaycanın resursları var. Azərbaycanla Avropa arasında çox yüksək səviyyədə qarşılıqlı etimad və siyasi iradə mövcuddur. Cənab Prezident ötən il baş vermiş mühüm hadisələrdən biri kimi Yunanıstanla Bolqarıstan arasında interkonnektorun açılmasını qeyd etdi. Vurğulandı ki, bu, Cənub Qaz Dəhlizi layihəsi və müəyyən dərəcədə onun şaxələndirilməsi sayəsində mümkün oldu və nəticədə təbii qazın Bolqarıstana təchizini başlamaq imkanını yarandı. Bu genişləndirmə və interkonnektorlar vasitəsilə qonşu ölkələrə də dəhlizin genişləndirilməsi nəzərdə tutulur. O cümlədən, dekabr ayında Azərbaycan və Rumıniya arasında da qaz təchizatı haqqında saziş imzalandı. Beləliklə, Rumıniya da Cənub Qaz Dəhlizində iştirak edən ölkələr sırasına qoşuldu. Yaşıl Enerjinin İstehsalı və Nəqli sahəsində Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında Saziş imzalandı. Bu, enerji təhlükəsizliyində artıq tamamilə yeni bir səhifənin açılması deməkdir. Yeri gəlmişkən, Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində ilk olaraq Yaşıl Enerji Məşvərət Şurası keçiriləcək.”

K.Qafarov Azərbaycanın bərpaolunan enerji istehsalı sahəsində atdığı addımların əhəmiyyətini də vurğulayıb: “Azərbaycanın bir müddət əvvəl aşkar olunmuş böyük bərpaolunan enerji potensialı ölkəmizin bu enerji təhlükəsizliyi məsələləri ilə bağlı mövqelərini daha da gücləndirir. Bu gün ölkəmizdə “Masdar” və “ACWA Power” kimi investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı iki sərmayə layihəsi həyata keçirilir. Bu layihələrin ümumi həcmi 470 meqavatdır. Prezident İlham Əliyev öz çıxışında bu yaxınlarda BP şirkəti ilə birlikdə bir layihənin icrasına başlanacağını açıqladı. Bildirildi ki, bu, işğaldan azad olunmuş Cəbrayıl rayonunun ərazisində inşa ediləcək 240 meqavatlıq elektrik stansiyası olacaqdır. Beləliklə, üç layihənin ümumi gücü 710 meqavat təşkil edəcək. Başqa sözlə, təxminən bir il və ya ilyarım ərzində Azərbaycan bu həcmdə bərpaolunan enerji istehsal edəcək. Bu isə yüz milyonlarla kubmetr qaza ixrac məqsədləri üçün qənaət etməyə imkan verəcəkdir.Perspektivdə isə həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisi istehsal olunacaqdır.”
26 Noyabr 2024 Deputat bəzi sahələrə ayrılacaq pulun miqdarını və siyahısını açıqladı
26 Noyabr 2024 Təhsil müəssisələrindəki istilik problemi ilə bağlı rəsmi AÇIQLAMA
26 Noyabr 2024 “Azpulmat” və “Manato”ya borcu olanların NƏZƏRİNƏ: 45 gün ərzində...
26 Noyabr 2024 Yol polisi piyadalara ÇAĞIRIŞ ETDİ
25 Noyabr 2024 Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar
25 Noyabr 2024 Eldar Quliyev: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin unikal xarici siyasət kursu və incə diplomatiyası sayəsində Azərbaycan regional gücdən qlobal oyunçuya çevrilməkdədir”
25 Noyabr 2024 Parkinqdə avtomobilin nömrəsini çıxaranlar cərimələnə bilərmi? - Cavablar
25 Noyabr 2024 Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! - Bu gündən...
25 Noyabr 2024 Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
23 Noyabr 2024 Azərbaycanda Bazar gününün havası açıqlandı
23 Noyabr 2024 COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
23 Noyabr 2024 Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”
22 Noyabr 2024 Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
22 Noyabr 2024 Qazaxın işğaldan azad olunan kəndlərinə belə nəzarət olunur - FOTOLAR + VİDEO
22 Noyabr 2024 Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
22 Noyabr 2024 DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət
22 Noyabr 2024 Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
21 Noyabr 2024 Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
21 Noyabr 2024 Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
21 Noyabr 2024 Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı

Xəbər lenti