Kamaləddin Qafarov: “Azərbaycan hər zaman  Türkiyənin yanındadır”“Fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ bütün Azərbaycanı sarsıtdı. Ölkəmiz türk bacı və qardaşlarımızın üzləşdiyi fəlakəti özünün faciəsi kimi qəbul etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı başsağlığı məktubunda xalqımızın keçirdiyi hissləri son dərəcə dəqiqliklə ifadə etmişdir: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, faciə ilə əlaqədar türk həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verən, yaralananlara şəfa diləyən dövlətimizin başçısı dərhal zəlzələdən zərər çəkmiş insanlara müvafiq yardım göstərilməsi, xilasetmə işlərinin həyata keçirilməsi, həmçinin təbii fəlakətin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində təcili tədbirlərin görülməsi üçün müvafiq göstərişlər vermişdir. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanındadır və öz dəstəyini və həmrəyliyini həmişə olduğundan daha qabarıq şəkildə nümayiş etdirir.

K.Qafarov qeyd edib ki, Azərbaycandan Türkiyəyə dəstək təkcə dövlət tərəfindən deyil, eyni zamanda həm də özəl sektordan, ictimai təşkilatlardan və sadə vətəndaşlar tərəfindən göstərilməkdədir: “ Azərbaycandan qardaş Türkiyəyə göndərilən yardımların ən böyük hissəsi dövlətimiz tərəfindən təmin olunur. Zəlzələ baş verdikdən sonra keçən bir neçə gün ərzində Prezident İlham Əliyevin göstərişi ilə qardaş ölkəyə yardım aparan 7 təyyarə və 1 avtomobil karvanı göndərilib. Bu yolla Türkiyəyə 41 nəfəri tibbi heyət olmaqla FHN-in 725 nəfərlik şəxsi heyəti, xilasetmə avadanlıqları, mobil səhra hospitalı, 4 səhra mətbəxi, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri, habelə zərər çəkmiş əhali üçün humanitar yardım çatdırılıb. Özəl sektor da qardaş Türkiyəyə maddi və texniki yardım göstərməkdədir. Ümumxalq dəstəyinin ən yüksək səviyyədə olduğunu xüsusi qeyd etmək lazımdır. Bu gün Türkiyə mətbuatında da Azərbaycan xalqının zəlzələdən zərər çəkmiş türk bacı və qardaşlarımıza yardım etmək üçün səfərbər olduğu vurğulanıb. Həqiqətən də son günlərdə istər paytaxt Bakıda, istərsə də ölkənin bütün rayon və bölgələrində sadə vətəndaşların yardım toplama məntəqələrinə axını əsil izdiham yaradır.”

K.Qafarov Türkiyəyə yardım kampaniyasında Heydər Əliyev Fondunun önəmli rolunu vurğulayaraq deyib: “Qardaş Türkiyəyə yardım olunmasında Heydər Əliyev Fondunun səyləri müstəsna əhəmiyyət kəsb edir. Zəlzələdən ziyan çəkənlərə dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən Fond tərəfindən dərhal 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxil edilib. Bundan başqa, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyası getdikcə genişlənir. Bir məqamı da qeyd etmək lazımdır ki, yaranmış vəziyyətdə Türkiyə dövlətinin operativ və çevik addımları insan amilinin Türkiyə hökuməti üçün əsas məsələ olduğunu bir daha təsdiq etdi. Türkiyə bu ağır sınaqdan şərəflə çıxaraq öz gücünü bir daha bütün dünyaya göstərəcək. Azərbaycn-Türkiyə qardaşlığı isə bu çətin günlərdə Türk xalqının ən etibarlı dayağı, dəstəyi olacaq.”
26 Noyabr 2024 Deputat bəzi sahələrə ayrılacaq pulun miqdarını və siyahısını açıqladı
26 Noyabr 2024 Təhsil müəssisələrindəki istilik problemi ilə bağlı rəsmi AÇIQLAMA
26 Noyabr 2024 “Azpulmat” və “Manato”ya borcu olanların NƏZƏRİNƏ: 45 gün ərzində...
26 Noyabr 2024 Yol polisi piyadalara ÇAĞIRIŞ ETDİ
25 Noyabr 2024 Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar
25 Noyabr 2024 Eldar Quliyev: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin unikal xarici siyasət kursu və incə diplomatiyası sayəsində Azərbaycan regional gücdən qlobal oyunçuya çevrilməkdədir”
25 Noyabr 2024 Parkinqdə avtomobilin nömrəsini çıxaranlar cərimələnə bilərmi? - Cavablar
25 Noyabr 2024 Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! - Bu gündən...
25 Noyabr 2024 Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
23 Noyabr 2024 Azərbaycanda Bazar gününün havası açıqlandı
23 Noyabr 2024 COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
23 Noyabr 2024 Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”
22 Noyabr 2024 Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
22 Noyabr 2024 Qazaxın işğaldan azad olunan kəndlərinə belə nəzarət olunur - FOTOLAR + VİDEO
22 Noyabr 2024 Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
22 Noyabr 2024 DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət
22 Noyabr 2024 Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
21 Noyabr 2024 Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
21 Noyabr 2024 Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
21 Noyabr 2024 Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı

Xəbər lenti