Yol-xeber.az" xəbər verir ki, İşğaldan azad edilmiş Kəlbəcər rayonunda yerləşən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “55 N-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Aqil Vəliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Fəxri Fərmanlarla təltif olunub.
Fərmanlar Aqil Vəliyevə Azərbaycan Ordusu ilə uğurlu əməkdaşlıq quraraq şəxsi heyətin döyüş ruhunun yüksəldilməsində göstərdiyi mənəvi dəstəyə və Ordunun yüksək səviyyədə təbliğ olunmasında fəal iştirak etdiyinə görə 8 Noyabr – “Zəfər Günü”nün ikinci ildönümü münasibətilə, həmçinin mətbuat sahəsinin inkişaf etdirilməsində, Azərbaycan Ordusunun yüksək səviyyədə təbliğ olunmasında, şəxsi heyətin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsində əldə etdiyi nailiyyətlərə görə və Azərbaycan Milli Mətbuatının yaranmasının 147-ci ildönümü münasibətilə təqdim olunub.
Həmkarımızı təbrik edir və fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!