Türkiyədə baş verən zəlzələlərdən sonra həlak olan şəxslərin şəhid hesab olunub-olunmaması müzakirə mövzusudur.

Qonşu ölkədəki təbii fəlakət nəticəsində ölənlər arasında 4 azərbaycanlı tələbə ilə yanaşı, bir neçə nəfər azərbaycanlı da olub.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan “Məşədi Dadaş” məscidinin imam-camaatı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli suallara aydınlıq gətirib. 

“Elm üçün evindən çıxıb hansısa bir ölkəyə gedən və yolda, hətta həmin o məkanda təbii əcəllə də dünyasını dəyişən insan şəhid sayılır. Hədislərdə qeyd olunur ki, elm arxasıyca gedib yolda və yaxud elm öyrəndiyi yerdə dünyasını dəyişən insanlar şəhid sayılır. Ona görə də bu mövzunu tələbələrə aid etmək olar. Onlar şəhidlik zirvəsinə ucalmış sayılır. Bu, islam dinin elmə verdiyi önəmin göstəricisidir”.

İlahiyyatçı zəlzələ nəticəsində həlak digər azərbaycanlılarla bağlı mövzuya da toxunub:

“Ayrı-ayrı hədislərdə qeyd olunur ki, məsələn, ruzi arxasıyca gedən də həmin yolda, o, iş uğrunda vəfat edərsə, şəhid sayılır. Məsələn, ruzi qazanan Allah yolunda döyüşmüş kimidir. Belə hədislər var. Bu kimi insanlara şəhidlik mövzusunu aid etmək olar”, - deyə o söyləyib.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 km olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində Malatya İnönü Universitetinin tələbələri - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə həlak olublar. Onların cəsədləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb.

 

 

 
02 May 2025 28 May stansiyası bağlanır? - Məsələyə nöqtə qoyuldu
01 May 2025 PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşir
01 May 2025 Qazaxın azad olunan kəndlərinin tikintisinə BAŞLANILIR
01 May 2025 Bəzi vəkillər cəzalandırıldı, fəaliyyətləri dayandırıldı- Rəyasət Heyətinin qərarı
01 May 2025 Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib
01 May 2025 Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb
30 Aprel 2025 Əsrin Yaşayan Səssiz Şahidi: Biləcəri Yol Sahəsinin Binası Tarix və Mədəniyyət Abidəsi Kimi Qorunacaq
30 Aprel 2025 Saatlıq iş rejiminə keçid maaşlara belə təsir edəcək – VİDEO
30 Aprel 2025 Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib
30 Aprel 2025 Şəhidin qardaşının köməyə ehtiyacı var - “70-100 min pul istənilib”
30 Aprel 2025 Ötən il Azərbaycanda 1 yaşa qədər neçə uşaq ölüb? - STATİSTİKA
29 Aprel 2025 Mayın 1-dən QÜVVƏYƏ MİNİR
29 Aprel 2025 “Bakı Metropoliteni” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilmiş tədbir keçirilib
29 Aprel 2025 Sökülən evlərə görə təzminat belə hesablanır
29 Aprel 2025 Bakıdakı məşhur restoranlar cərimələndi - Siyahı
29 Aprel 2025 Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - Video
29 Aprel 2025 FHN və ADY birgə təlim keçirdi - Video
29 Aprel 2025 Artilleriya bölmələri ilə döyüş atışları keçirildi
28 Aprel 2025 Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb
28 Aprel 2025 Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 102 il ötür

Xəbər lenti