Milli Məclisin deputatları Ankarada keçirilən anım tədbirində iştirak ediblər -Fotolaraia.az xəbər verir ki, cari ilin fevral ayının 26-da qardaş Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) Şuşa Konfrans Mərkəzində Azərbaycanın Türkiyədəki səfirliyi və TADİV-in birgə təşkilatçılığı ilə “Kədərdə və taledə çiyin-çiyinə” adlı anım tədbiri təşkil edilib.

Milli Məclisin deputatları Ankarada keçirilən anım tədbirində iştirak ediblər -Fotolar


Xocalı soyqırımına və fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələ qurbanlarının xatirəsinə həsr olunmuş tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Kamaləddin Qafarov və Anar Məmmədov da iştirak ediblər. Mərasim Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb. Daha sonra soyqırımı və zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirin iştirakçıları tərəfindən bu mərasimin Azərbaycan və Türkiyənin bütün hallarda birlikdə və həmrəyliyinin göstəricisi olduğu qeyd edilib, qardaş ölkədə baş vermiş zəlzələdən dərhal sonra Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq ilk saatlardan etibarən Azərbaycanın Türkiyənin yardımına gəldiyi vurğulanıb.

Tədbirdə çıxış edən K.Qafarov və A.Məmmədov Xocalı soyqırımının bütün bəşəriyyətə qarşı törədilmiş insanlıq əleyhinə cinayət olduğunu qeyd ediblər. Həmçinin deputatlar öz çıxışlarında vurğulayıblar ki, son otuz ildə Ermənistan Azərbaycanın tarixi ərazisi olan Qarabağı özünə birləşdirmək məqsədilə xalqımıza qarşı olmazın vəhşiliklərə əl atmışdır və bəşəriyyətin ən qanlı faciələrindən olan Xocalı qətliamı da bu aqressiv və cinayətkar erməni siyasətinin bariz təzahürlərindən biri kimi baş vermişdir.


Milli Məclisin deputatları Ankarada keçirilən anım tədbirində iştirak ediblər -FotolarMilli Məclisin deputatları Ankarada keçirilən anım tədbirində iştirak ediblər -FotolarMilli Məclisin deputatları Ankarada keçirilən anım tədbirində iştirak ediblər -FotolarMilli Məclisin deputatları Ankarada keçirilən anım tədbirində iştirak ediblər -FotolarMilli Məclisin deputatları Ankarada keçirilən anım tədbirində iştirak ediblər -FotolarMilli Məclisin deputatları Ankarada keçirilən anım tədbirində iştirak ediblər -FotolarMilli Məclisin deputatları Ankarada keçirilən anım tədbirində iştirak ediblər -Fotolar
02 May 2025 28 May stansiyası bağlanır? - Məsələyə nöqtə qoyuldu
01 May 2025 PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşir
01 May 2025 Qazaxın azad olunan kəndlərinin tikintisinə BAŞLANILIR
01 May 2025 Bəzi vəkillər cəzalandırıldı, fəaliyyətləri dayandırıldı- Rəyasət Heyətinin qərarı
01 May 2025 Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib
01 May 2025 Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb
30 Aprel 2025 Əsrin Yaşayan Səssiz Şahidi: Biləcəri Yol Sahəsinin Binası Tarix və Mədəniyyət Abidəsi Kimi Qorunacaq
30 Aprel 2025 Saatlıq iş rejiminə keçid maaşlara belə təsir edəcək – VİDEO
30 Aprel 2025 Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib
30 Aprel 2025 Şəhidin qardaşının köməyə ehtiyacı var - “70-100 min pul istənilib”
30 Aprel 2025 Ötən il Azərbaycanda 1 yaşa qədər neçə uşaq ölüb? - STATİSTİKA
29 Aprel 2025 Mayın 1-dən QÜVVƏYƏ MİNİR
29 Aprel 2025 “Bakı Metropoliteni” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilmiş tədbir keçirilib
29 Aprel 2025 Sökülən evlərə görə təzminat belə hesablanır
29 Aprel 2025 Bakıdakı məşhur restoranlar cərimələndi - Siyahı
29 Aprel 2025 Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - Video
29 Aprel 2025 FHN və ADY birgə təlim keçirdi - Video
29 Aprel 2025 Artilleriya bölmələri ilə döyüş atışları keçirildi
28 Aprel 2025 Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb
28 Aprel 2025 Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 102 il ötür

Xəbər lenti