Son zamanlar ölkəmizdə su resurslarının azalması və yaxın gələcəkdə bizi gözləyən su qıtlığı aktual problem kimi qalmaqdadır.

Təbii su ehtiyatlarındakı azalma, yağıntı normasının düşməsi və başqa səbəblərə görə yaxın gələcəkdə Azərbaycanda içməli su ilə bağlı qıtlığın yaşanması qaçınılmaz görünür.

Mövzu ilə bağlı AMEA-nın Coğrafiya instutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev fikirlərini Referans.az saytı ilə bölüşüb. Ənvər Əliyev su qıtlığının ən çox regionlarda həyata keçirilən əkin fəaliyyətləri zamanı özünü göstərdiyini deyib.

“Regionlarımızda su ilə bağlı ən aktual problem kənd təsərrüfatı ilə bağlıdır. Təklif edirəm ki, bu məsələ ilə bağlı xüsusi dövlət proqramları hazırlanmalıdır. Hazırda taxıl əkilən rayonlarda suvarmanın vaxtıdır. Bildiyimiz kimi, taxıl və digər dənli bitkilər mütəmadi suvarma lazım olan əkinlərdir. Su qıtlığı özü ilə bərabər bir çox qıtlığı da gətirə bilər. Çünki suvarma düzgün təşkil edilməsə, meyvə-tərəvəz məhsuldarlığı da azalacaq. Düşünürəm ki, Su Elektrik Stansiyalarına sərf olunan su resurslarının bir hissəsini məişətdə istifadə üçün ayırmaq olar. Ölkəmizdə elektrik enerjisi ilə bağlı problem yoxdur, amma su ilə bağlı yetərincə qıtlıq özünü göstərir. Mən dəfələrlə bu problemlə bağlı televiziya verilişlərində, mətbuatda fikirlərimi bildirmişəm. Ölkəmizdə ən təbii su ehtiyatları dağların başında cəmləşmiş qar və buzlar hesab edilir. Onların da vəziyyəti heç qənaətbaxş deyil. Bu məsələ konkret Allahın ümidinə buraxılıb. Təbii su ehtiyatını formalaşdıran digər amil isə təbii yağıntılardı. Ancaq Azərbaycanda qonşu Gürcüstan və Ermənistanla nisbətən yağıntı miqdarı çox az düşür. Bu isə çayların qurumasına, göllərin kiçilməsinə gətirib çıxarır. Yaxın gələcəkdə ən böyük su problemi Bakıda və Abşeron yarımadasında özünü biruzə verəcək. Çünki bu zonada əhali günbəgün artır, bu isə daha çox insanın sudan istfadə etməsi deməkdir. Abşeronu və Bakını su ilə təmin edən su kanalları və çaylarda da azalmalar müşahidə edilir. Düşünün ki, qidalanma, yuyunma və digər tələbatlarla bağlı hər doğulan uşağa gün ərzində 200-250 litr su lazımdır”.

Ənvər Əliyev gələcəkdə yaşana biləcək su çatışmazlığı ilə bağlı qonşu ölkələrdən su idxalının isə mümkün olmayacağını qeyd edib.

“Qonşu ölkələrdən su idxalı qeyri-mümkün görünür. Ermənistanla siyasi vəziyyət bəlli məsələsdir, üstəlik onlar su ilə bağlı heç bir beynəlxalq müqaviləyə qoşulmayıblar. Gürcüstanda da vəziyyət bizimlə təqribən eynidir. Rusiya ilə Samur çayının su ehtiyatının 50-50-yə bölünməsi ilə bağlı razılığa gəlinmişdi, lakin daha sonra bu 25-75-ə oldu. Çünki Rusiyada da su ilə bağlı problemlər olması ehtimalı var deyə, onlar da tədbir görür. İran isə bəlli məsələdir, susuz səhralardan ibarətdir”.

Məsələ ilə bağlı "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı fikirlərini bizimlə bölüşüb.

“Su məsələsi ilə bağlı 2020-ci ildə cənab prezidentin qərarı ilə Su kommisiyası yaradılıb. Bu kommisiya üzvləri Taxtakörpüyə, Samur-Abşeron kanalı ilə bağlı vəziyyəti öyrənmək üçün Samur çayına səfər ediblər. Nəticə etibarı ilə, Samur çayında sululuq ötən illərə nisbətən 2-4 dəfə azalıb, Taxtakörpüdə də eyni tendensiya özünü göstərir. Ona görə də, bu kommisiya qərara gəlib ki, sözügedən mənbələrdən götürülən suyun miqdarı azaldılsın. Bununla bağlı olaraq əhaliyə verilən suyun davamiyyətinə müəyyən dəyişiklik etmişik. Bakı ətrafında, yəni Xəzər, Binəqədi, Suraxanı, Xətai, Sabunçu və Xətai kimi rayonların bir çox yerlərində suyun 24 saat verilməsini dayandırmışıq. Anbar ehtiyatlarını toplayırıq. Tənzimləmə qrafikini yerinə yetiririk. Düşünürəm ki, su davamiyyətinin müddətinin azaldılması hesabına ehtiyat su bazası toplaya bilirik. Tariflərə gəlincə isə, tariflərdə dəyişiklik edilməsi məsələsi gündəmdə deyil.”

02 May 2025 28 May stansiyası bağlanır? - Məsələyə nöqtə qoyuldu
01 May 2025 PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşir
01 May 2025 Qazaxın azad olunan kəndlərinin tikintisinə BAŞLANILIR
01 May 2025 Bəzi vəkillər cəzalandırıldı, fəaliyyətləri dayandırıldı- Rəyasət Heyətinin qərarı
01 May 2025 Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib
01 May 2025 Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb
30 Aprel 2025 Əsrin Yaşayan Səssiz Şahidi: Biləcəri Yol Sahəsinin Binası Tarix və Mədəniyyət Abidəsi Kimi Qorunacaq
30 Aprel 2025 Saatlıq iş rejiminə keçid maaşlara belə təsir edəcək – VİDEO
30 Aprel 2025 Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib
30 Aprel 2025 Şəhidin qardaşının köməyə ehtiyacı var - “70-100 min pul istənilib”
30 Aprel 2025 Ötən il Azərbaycanda 1 yaşa qədər neçə uşaq ölüb? - STATİSTİKA
29 Aprel 2025 Mayın 1-dən QÜVVƏYƏ MİNİR
29 Aprel 2025 “Bakı Metropoliteni” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilmiş tədbir keçirilib
29 Aprel 2025 Sökülən evlərə görə təzminat belə hesablanır
29 Aprel 2025 Bakıdakı məşhur restoranlar cərimələndi - Siyahı
29 Aprel 2025 Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - Video
29 Aprel 2025 FHN və ADY birgə təlim keçirdi - Video
29 Aprel 2025 Artilleriya bölmələri ilə döyüş atışları keçirildi
28 Aprel 2025 Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb
28 Aprel 2025 Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 102 il ötür

Xəbər lenti