Statistikaya görə, piyada ölümü ilə nəticələnən avtomobil qəzalarının çox hissəsi günün qaranlıq saatlarında baş verir. Xüsusilə vurğulanmalı məqam isə yolların zəif işıqlandırılması və ya ümumiyyətlə işıqlandırılmayan yollarda baş verən qəzalardır. Mütəxəssislərin fikrincə, buna səbəb piyada zolaqlarının yaxşı işıqlandırılmaması, silinməsi və digər bu kimi səbəblərdir.

Bu gün paytaxt yollarında piyada zolaqları keyfiyyətsiz boyalarla rəngləndiyi üçün qısa müddət sonra artıq görünməz hala gəlir. Hətta bəzən nəinki sürücü, heç piyada da zolaqların yerini tapmaq da çətinlik çəkir.

Bir çox ölkələrdə isə piyadalar üçün nəzərdə tutulan zolaqları silinməyən və işıq düşən zaman bərq vuran boyalardan istifadə etməklə çəkirlər.

Bəzi ölkələrdə isə bu kimi problemlərin həlli üçün xeyli müddətdir 3D formatlı piyada zolaqları tətbiq olunur. Azərbaycanda ilk dəfə olaraq avtomobil yollarında 3D formatlı piyada zolaqları isə Naxçıvanın mərkəzi prospektlərindən biri - Heydər Əliyev prospektində çəkilib.

Paytaxt yollarında piyada keçidlərinin 3D formatında çəkilməsi qəzaların sayının azalmasına kömək ola bilər? Bu, həqiqətən effektiv vasitədir, yoxsa əlavə vaxt itkisi?

Məsələyə münasibət bildirən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Oxu.Az-a açıqlamasında bildirib ki, eynisəviyyəli piyada keçidləri şəhərlər üçün çox önəmlidir:

“Xüsusilə düyməli işıqforlarla təchiz edilən keçidlər vacibdir. Amma 3D piyada keçidlərinin heç bir əhəmiyyəti yoxdur. Mən düşünürəm ki, bu, artıq xərcdir. Belə keçidlərin elə bir ciddi uğuru qeydə alınmayıb. 3D piyada zolaqları Hindistanda geniş yayılıb. Amma orada da yol hərəkəti təhlükəsizliyi çox aşağı səviyyədədir. İl ərzində 150 minə yaxın insan avtomobil qəzalarında həyatını itirir.

Daha mütərəqqi variant kimi Norveçin paytaxtı Oslonu misal çəkmək olar. 2019-cu ildə orada avtomobil qəzasında cəmi 1 sürücü həlak olub və orada heç bir 3D piyada zolağı yoxdur. Hər hansı bir nümunə tətbiq etmək lazım olduğunda daha inkişaf etmiş, yol hərəkəti təhlükəsizliyində yüksək nəticə göstərən ölkələrin modelinin ölkəmizdə yayılmasını təşviq etməliyik. Önəmli olan nüans piyada keçidinin eynisəviyyəli olmasıdır”.

Ekspert qeyd edir ki, piyada zolaqlarının çəkilməsində istifadə edilən boyaların keyfiyyəti və uzunömürlü olması çox önəmlidir:

“Bu zolaqlar uzaqdan sürücülər tərəfindən görüləcək qədər effektiv, görünən olmalıdır. Eyni zamanda qarşıda piyada keçidinin olduğunu göstərən yol nişanları da yerli-yerində və keyfiyyətli olmalıdır. Mütəmadi bu məqamlar yoxlanılmalı və yararsız olan məqamlar dərhal bərpa edilməlidir”.

01 May 2025 PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşir
01 May 2025 Qazaxın azad olunan kəndlərinin tikintisinə BAŞLANILIR
01 May 2025 Bəzi vəkillər cəzalandırıldı, fəaliyyətləri dayandırıldı- Rəyasət Heyətinin qərarı
01 May 2025 Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib
01 May 2025 Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb
30 Aprel 2025 Əsrin Yaşayan Səssiz Şahidi: Biləcəri Yol Sahəsinin Binası Tarix və Mədəniyyət Abidəsi Kimi Qorunacaq
30 Aprel 2025 Saatlıq iş rejiminə keçid maaşlara belə təsir edəcək – VİDEO
30 Aprel 2025 Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib
30 Aprel 2025 Şəhidin qardaşının köməyə ehtiyacı var - “70-100 min pul istənilib”
30 Aprel 2025 Ötən il Azərbaycanda 1 yaşa qədər neçə uşaq ölüb? - STATİSTİKA
29 Aprel 2025 Mayın 1-dən QÜVVƏYƏ MİNİR
29 Aprel 2025 “Bakı Metropoliteni” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilmiş tədbir keçirilib
29 Aprel 2025 Sökülən evlərə görə təzminat belə hesablanır
29 Aprel 2025 Bakıdakı məşhur restoranlar cərimələndi - Siyahı
29 Aprel 2025 Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - Video
29 Aprel 2025 FHN və ADY birgə təlim keçirdi - Video
29 Aprel 2025 Artilleriya bölmələri ilə döyüş atışları keçirildi
28 Aprel 2025 Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb
28 Aprel 2025 Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 102 il ötür
25 Aprel 2025 Prezidentin Fərmanı: ADY təhlükəli yüklərin daşınmasında artıq lisenziya və icazə almadan fəaliyyət göstərə biləcək

Xəbər lenti