Yol-xeber.az" xəbər verir ki, 29 mart 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilmişdir. Aksiyada Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Rayon İcra Hakimiyyətinin kollektivi, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri və kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və kollektivləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, RİHB-nın İƏD-lər üzrə nümayəndələri və bələdiyyə sədrləri, ictimai təşkilatların rəhbərləri, rayonun bütün idarə və müəssisələrinin rəhbərləri və əməkdaşları, gənclər və könüllülər, çoxsaylı ictimaiyyət nümayəndələri iştirak etmişdir.