Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, Heydər Əliyev Mərkəzinin, Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə nümayəndəliyinin və F.Əzimov adına Uşaq İncəsənət məktəbinin təşkilatçılığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon Komitəsinin dəstəyi ilə “2023-cü il Heydər Əliyev İli” çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq "Ümumilli Lider Heydər Əliyev mədəni irsimizin keşiyində” başlığı altında Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir. Tədbir Ulu Öndərin mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə keçirilmiş respublika səviyyəli tədbirdə və tarixi abidələrin açılışında çəkilmiş fotolardan ibarət sərgilər, dərnək uşaqları tərəfindən çəkilmiş fotoşəkillər və məktəb şagirdlərinin iştirakı ilə bədii qiraət müsabiqəsi, Uşaq Gənclərin İnkişafı Mərkəzinin dərnək üzvləri tərəfindən hazırlanmış abidələrin maketlərinin nümayişindən və F.Əzimov adına Uşaq İncəsənət məktəbi tərəfindən hazırlanmış rəngarəng musiqi nömrələri ilə davam etdirildi. Bədii qiraət müsabiqəsinin iştirakçıları Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon Komitəsinin fəxri fərmanları ilə mükafatlandırıldı.