|
Cəlilabadın Maşlıq kəndində elektrik xətlərinin qəzalı vəziyyətə düşməsi vətəndaşa məxsus iki baş qoyunun tələf olması ilə nəticələnib.
Sakinlərin sözlərinə görə, naqillər dirəklərə kustar üsullarla bərkidildiyindən hər an təhlükə ilə üz-üzə qalmalı olurlar.
"Qoyunları elektrik cərəyanı vurdu. Tutub çəkmək istəyəndə, az qala məni də vuracaqdı. Qolum qurumuşdu. Buradan keçən uşağı cərəyan vurub öldürsə, necə olacaq?!" - deyə sakin Saleh Feyzullayev narazılıq bildirib.
Daha ətraflı Baku TV-nin materialında: