Azərbaycanda 1 milyondan çox insana 200 manat verilə bilər

Pensiyaçılara 200 manat əlavə yardımın ödənilməsi 2022-ci ildə tətbiq olundu. O zaman istehlak bazarında qiymətlərin kəskin artması səbəbindən cənab Prezident pensiyaçılara maddi yardım verilməsi ilə bağlı sənəd imzaladı. Həmin yardım da pensiya məbləğinə əlavə olundu və indeksləşdirildi.

Bu sözləri axar.az-a millət vəkili Vüqar Bayramov pensiyaçılara bu il də əlavə olaraq 200 manat maddi yardımın verilib-verilməyəcəyi məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bununla bağlı Milli Məclisdə təklif səsləndirilib:

"Bu istiqamətdə təkliflər Milli Məclisdə müzakirələr zamanı təqdim olunub. O cümlədən Əmək və Sosial Siyasət Komissiyasının iclasında təqdim olunan təkliflərin biri məhz pensiyaçılara əvvəlki illərdə olduğu kimi yardımın verilməsi imkanının araşdırılması ilə bağlıdır. Sözsüz, bu istiqamətdə fiksal qiymətləndirmənin aparılması və buna uyğun olaraq qərarın verilməsi vacibdir".

Qeyd edək ki, ötən ilin noyabrına olan son statistik rəqəmlərə görə, Azərbaycanda təxminən 1 milyon 100 min pensiyaçı var.

21 Yanvar 2025 Bakının bu rayonuna yeni DYP rəisi təyin edildi
21 Yanvar 2025 Pensiyaçılara sevindirici XƏBƏR - Fevraldan bu qədər artacaq
21 Yanvar 2025 Metroda bu cərimələr artırıldı - MƏBLƏĞLƏR
21 Yanvar 2025 Vətəndaşların işi Şuşada da “ASAN”dır - Fotolar
21 Yanvar 2025 Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin qalib ölkənin rəhbəri kimi öz ölkəsi və öz xalqı ilə necə fəxr etməsi barədə səsləndirdiyi ifadələr bütün dünya azərbaycanlıları üçün sonsuz qurur mənbəyidir”
21 Yanvar 2025 Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə! - QİYMƏTLƏR açıqlandı
20 Yanvar 2025 Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin qalib ölkənin rəhbəri kimi öz ölkəsi və öz xalqı ilə necə fəxr etməsi barədə səsləndirdiyi ifadələr bütün dünya azərbaycanlıları üçün sonsuz qürur mənbəyidir”
19 Yanvar 2025 Məhəmməd Musayev: Unudulmaz Gecə - 20 Yanvar Qan Yaddaşımız
19 Yanvar 2025 Nazim Eynallı: 20 Yanvar hadisələri: Azadlıq və müstəqillik yolunun başlanğıcı
19 Yanvar 2025 Natiq İsmayılov: 20 Yanvar faciəsi: xalqımızın mübarizə əzmini əks etdirən qəhrəmanlıq səhifəsi
19 Yanvar 2025 Araz Bandəliyev: 20 Yanvar: Müstəqillik uğrunda tarixi dönüş nöqtəsi
18 Yanvar 2025 Toyuq əti ilə bağlı narazılıq: "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur"
18 Yanvar 2025 Növbəti köç karvanı Cəbrayıla yola düşüb
17 Yanvar 2025 Vahid Muradov: Milli mücadilə nümunəsi...
17 Yanvar 2025 Rəşadət Eyvazov: 20 Yanvar Faciəsi: Azərbaycan Xalqının Tarixində Faciəvi Amma Şanlı Bir Hadisə
17 Yanvar 2025 İlham Cəbrayılov: 20 yanvar -şanlı tariximizin başlanğıcı kimi
17 Yanvar 2025 Eldar Abbasov: 20 Yanvar müstəqilliyə gedən yolun başlanğıcıdır
17 Yanvar 2025 Gülağa Əliyev: 20 Yanvar hadisələri - Azadlıq və müstəqillik yolunun başlanğıcı
17 Yanvar 2025 Məhəmməd Musayev: 20 Yanvar faciəsi - xalqımızın mübarizə əzmini əks etdirən qəhrəmanlıq səhifəsi
17 Yanvar 2025 Müseyib Həmzəyev: 20 Yanvar - Müstəqillik uğrunda tarixi dönüş nöqtəsi

Xəbər lenti