İlkin hərbi qeydiyyata alınmaqdan boyun qaçıranlar 100 manat cərimə olunacaq

Azərbaycanda ilkin hərbi qeydiyyata alınmaqdan boyun qaçıranlar 100 manat məbləğində cərimə olunacaq.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında üçüncü oxunuşda müzakirə edilib.

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklə ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə cərimənin məbləğinin 30 manatdan 100 manata artırılması təklif edilir.

Daha bir dəyişikliklə, çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən çağırışçılara və hərbi vəzifəlilərə onların müvafiq icra hakimiyyəti orqanına çağırılması barədə məlumatın verilməməsi, yaxud onların çağırış məntəqələrinə və ya toplanış yerinə vaxtında gəlməsinə maneçilik törədilməsinə görə vəzifəli şəxslər 200 manatdan 300 manatadək (hazırda 80-150) məbləğdə, hüquqi şəxslər 600 manatdan 800 manatadək (hazırda 200-400) məbləğdə cərimə ediləcək.

Bundan başqa, vətəndaşların hərbi qeydiyyat üzrə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda nəzərdə tutulmuş vəzifələrini icra etməməsinə, yəni, vətəndaşlar ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə, yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmamasına və olduğu yer üzrə hərbi qeydiyyata durmamasına, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə cərimənin məbləğinin 30 manatdan 100 manata artırılması təklif edilir.

Eyni zamanda çağırışçılar və hərbi vəzifəlilər həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 160 saatdan 240 saatadək ictimai işlər tətbiq olunacaq.

Həmçinin hərbi qeydiyyat sənədlərinin qəsdən korlanması və ya itirilməsinə görə cərimə məbləği 50 manatdan 200 manata artırılır.

İXM-yə təklif olunan daha bir dəyişikliklə müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin, təşkilatların vəzifəli şəxsləri tərəfindən səfərbərlik elan edilərkən hərbi vəzifəlilərə vaxtında məlumat verilməməsinə və onların çağırış-toplanış məntəqələrinə və ya hərbi hissələrə gətirilməsinin təmin edilməməsinə görə cərimə məbləği 400 manatdan 600 manatadək (hazırda 200-300) artırılması nəzərdə tutulur.

Həmçinin dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların vəzifəli şəxsləri tərəfindən “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik sahəsində onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə isə 500 manatdan 700 manatadək (hazırda 250-350) cərimə olacaq.

Layihə müzakirələrdən sonra üçüncü oxunuşda qəbul olunub.

11 Mart 2025 Bakı-Sumqayıt qatarlarının bayram qrafiki açıqlandı
11 Mart 2025 Sumqayıtı Sarayla birləşdirən körpü bu tarixdə açılacaq
11 Mart 2025 YENİ NƏŞR - "E ş q n a m ə"
11 Mart 2025 Azərbaycanda sabah 23 dərəcə isti olacaq
11 Mart 2025 Qida zəhərlənmələri niyə artır? - Professordan açıqlama
11 Mart 2025 Bu gün YeI çərşənbəsidir
10 Mart 2025 Novruzla əl-ələ, istiqamət Qəbələ!
10 Mart 2025 Sabah 22 dərəcə isti olacaq
10 Mart 2025 Bu təqaüdlər də artırıldı
10 Mart 2025 Leyla Əliyeva Göygöldən maraqlı video paylaşdı
10 Mart 2025 DYP-dən sürücü və piyadalara xəbərdarlıq
09 Mart 2025 Metroda yanğın təlimi - Video + Fotolar
08 Mart 2025 BDYPİ paytaxtdan Quba istiqamətində gedən sürücülərə xəbərdarlıq edib
08 Mart 2025 “Həzi Aslanov” stansiyasının təmiri nə vaxt bitəcək? – Rəsmi AÇIQLAMA
08 Mart 2025 Qadın gülərsə, bəşəriyyət güləcək
07 Mart 2025 Martın 10-da qatarlar bu qrafik ilə hərəkət edəcək
07 Mart 2025 Qaraciyəri məhv edən 17 dərman - ARAŞDIRMA
07 Mart 2025 8 mart günü Azərbaycanda 22 dərəcə isti olacaq
07 Mart 2025 ADY Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 8 və 9 mart tarixlərində əlavə qatar reysləri təyin edir
07 Mart 2025 ADY dünya təcrübəsindən yola çıxaraq 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində məktəblilər arasında maraqlı eksperiment keçirib

Xəbər lenti