28-may-stansiyasi-ne-vaxtdan-baglanir

Xəbər verdiyimiz kimi, “Bakı Metropoliteni” “28 May” stansiyasının təmir işləri ilə əlaqədar fəaliyyətini müvəqqəti dayandıracağı ilə bağlı məlumat yayıb. Yəni, “Dərnəgül” - “Həzi Aslanov” xətti yalnız “Nizami” stansiyasına qədər fəaliyyət göstərəcək.

Həmçinin “Həzi Aslanov” - “İçərişəhər” xətləri üzrə qatarlar “28 May” stansiyasında dayanmayacaq. Buna səbəb isə Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında birləşdirici tunelin inşasıdır. 

“Yol-xeber.az” xəbər verir ki, rəsmi məlumatın yayılması sosial şəbəkədə böyük müzakirə və narahatlıqlara səbəb olub. İddia olunur ki, təmir işləri təxminən 6 ay sürəcək. Paytaxtın ictimai nəqliyyat yükünün böyük hissəsini təşkil edən Bakı metrosunda aparıcı stansiyalardan birinin uzun müddət işləməməsi isə onsuz da iflic vəziyyətdə olan yerüstü nəqliyyatın tamamilə yararsız hala düşməsi deməkdir. Məsələn, metronun “Əcəmi” stansiyasından “Nərimanov”a getmək istəyən sərnişin bunun üçün “Nizami” stansiyasına getməli, yolunun qalan hissəsini isə bir və ya bir neçə marşrut avtobusu ilə davam etdirməlidir. 

Layihə üzrə xətlərin ayrılması başa çatdıqdan sonra isə qatarların “Dərnəgül” stansiyasından “Şah İsmayıl Xətai” stansiyasına qədər hərəkəti təmin ediləcək. Sərnişinlər bir xətdən digər xəttə keçmək üçün “Cəfər Cabbarlı” stansiyasından istifadə etməli olacaqlar. “Həzi Aslanov” - “İçərişəhər” xətti üzrə qatarların hərəkəti əvvəllər olduğu kimi təşkil olunacaq.

Məsələ ilə bağlı daha detallı məlumat almaq üçün “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, təmir işlərinə bu lin son aylarında başlanılacaq:

“28 May” stansiyasından qatarların “Dərnəgül” stansiyası istiqamətində hərəkətinə məhdudiyyət “Cəfər Cabbarlı” –“Nizami” mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşası dövründə qoyulacaq. Bu işlərə ilin son rübündə başlanılması nəzərdə tutulub. 
Sərnişinlərin Qırmızı və Yaşıl xətlərdən, həmçinin “28 May” və “Nizami” stansiyalarından bir-birinə keçidinin təşkili ilə bağlı əlavə tədbirlərə tam aydınlıq gətirildikdən sonra ictimaiyyətə məlumatlar təqdim ediləcək”.

Qeyd edək ki, metrodan istifadə edən sərnişinlərin sayı il-ildən artır. Belə ki, statistikaya görə, ötən il ərzində 229 584 259 sərnişin yeraltı nəqliyyatdan istifadə edib. Əvvəlki 2 illə müqayisədə sərnişin sayında 2023-cü ilə nisbətən 4.6%, 2022-ci ilə nisbətən 10% artım olub. 

14 Aprel 2025 ADY-də yeni təyinat
11 Aprel 2025 Quru sərhədin açılması təxirə salınıb? - Mayın 1-i xəbəri...
11 Aprel 2025 Gizirlərə, miçmanlara, zabitlərə və kursantlara bu qaydada həbs cəzası ləğv edilir
11 Aprel 2025 Hərbi xidmətdə son yaşı həddi müəyyən edilməyən şəxslərin dairəsi genişləndirilir
11 Aprel 2025 Qatarda ödəniş etmədən gedən sərnişinlər cərimələnəcək
11 Aprel 2025 Milli Məclis Xanlar Vəliyevin yeni vəzifəsini təsdiqlədi - And içdi
11 Aprel 2025 Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb
11 Aprel 2025 Metroda təmir gedəndə ekspress avtobuslar işləyəcək
11 Aprel 2025 “28 May”dan ancaq bu qatarlara minə biləcəyik - Nələr dəyişəcək?
11 Aprel 2025 Bu küçəyə İrəvaninin adı verildi - Fotolar
10 Aprel 2025 Bu nazirliklər Bakıdan köçürülə bilər - ADLAR
10 Aprel 2025 Bakıda sürücü iki DYP maşınını əzdi, bir polis xəsarət aldı - TƏFƏRRÜAT
10 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan Yaxın Şərqdə sülh prosesinə töhfə verə bilər”
10 Aprel 2025 Ağdamın Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
10 Aprel 2025 Müəllimlərə ŞAD XƏBƏR: Əməkhaqları ARTA BİLƏR - VİDEO
09 Aprel 2025 Xanlar Vəliyevin yeni vəzifəsi dəqiqləşdi
09 Aprel 2025 Suqovuşan və Sarıcalıdakı məktəblərdə dərslər başlayıb - Fotolar
09 Aprel 2025 ADY-nin 145 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirildi
08 Aprel 2025 DYP-dən xəbərdarlıq: 2 bal və 60 manat cərimə..
08 Aprel 2025 Buraxılış imtahanının cavabları bu tarixdə elan olunacaq

Xəbər lenti