|
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov noyabrın 24-də Asəf Məmmədovun Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilməsi haqqında Fərman imzalayıb.
Axar.az Nuhçıxan.az-a istinadən fərmanın mətnini təqdim edir:
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Asəf Səttar oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilsin.