Nazirlər Kabinetinin qərarı ilə ADY-nin İnfrastruktur Departamentinin 2 nömrəli Biləcəri Yol Sahəsinin binası “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”na daxil edilib.
“Yol-xeber.az” xəbər verir ki, XX əsrin əvvəllərində istifadəyə verilmiş bina dəmir yollarının tarixini yaşadan unikal tikililərdən biridir.
Siyahıya daxil edilməsi ilə bu bina tarix və mədəniyyət abidəsi kimi dövlət mühafizəsinə götürülüb.