Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iki gün öncədən xüsusilə Bakıda və Abşeron yarımadasında şiddətli küləklə bağlı xəbərdarlığı heç də birmənalı qarşılanmadı.

Məlumatdan təşvişə düşən də oldu, bunu əhəmiyyətsiz adlandıran da.

Ancaq nazirliyin bu gün üçün proqnozlaşdırdığı küləyin sürət həddi müəyyən şkalaya əsasən dəhşətli fırtına və qasırğa adlanır.

Axar.az xəbər verir ki, küləyin gücünün vizual qiymətləndirilməsi və yazılması üçün Bofort şkalasından istifadə olunur. Bu şkala 1806-cı ildə ingilis admiral Frensis Bofort tərəfindən hazırlanıb. 1874-cü ildən bu təsnifat beynəlxalq sinoptik təcrübədə (həm quruda, həm də suda) istifadə olunmağa başlayıb.

Əvvəlcə sistem on üç ballıq şkala əsasında formlaşdırılıb. Bu rəqəm sonradan 17-ə yüksəlib. 0 bal göstəricisi dənizdə sakitlik şəraitini c (ştil) xarakterizə edir.

Şkalada küləyin gücü onun müxtəlif obyektlərlə qarşılıqlı təsiri ilə müəyyən edilir.

Ən zəif külək 0 ştil adlanır, bu 0-0.2 m/san – küləyin olmadığı vəziyyətdir, duman şaquli vəziyyətdə yüksəlir, ağac yarpaqları tərpənmir.

Sakit adlanan külək 0.3-1.5 m/san olur. Duman şaquli vəziyyətdən bir qədər fərqlənir, ağac yarpaqları tərpənmir.

Yüngül külək 1.6-3.3 m/san – külək üzdə hiss olunur, yarpaqlar bəzən tərpənir, flüger fırlanmağa başlayır.

Zəif hesab edilən küləyin sürəyi 3.4-5.4 m/san olur. Ağac yarpaqları və incə dallar mütəmadi olaraq, boruların üst hissəsindən duman 4 m/san sürətlə dalğalanır.

Mülayim külək 5.5-7.9 m/san olur ki, bu zaman külək toz və kağızları havaya qaldırır, ağacların nazik budaqları yellənir, tüstü havada qarışır və formasını itirir.

Təmiz, təzə adlanan 8-10.7 m/san olan külək ağacların incə budaqlarını yellədir, küləyin səsi eşidilir.

Güclü külək isə 10.8-13.8 m/san olur. Ağac gövdələri yellənir, nazik ağaclar əyilir.

Möhkəm külək isə 13.9-17.1 m/san olur. Qalın ağac gövdələri yellənir, qalın budaqlar əyilir, külək istiqamətində yerimək çətinləşir.

Çox möhkəm külək isə 17.2-20.7 m/san olur. Bu zaman ağacların incə və quru budaqları qırılır. Külək istiqamətində danışmaq olmur, getmək çox çətinləşir.

Fırtına hesab edilən külək isə sürət 20.8-24.4 m/san olanda müşahidə edilir. Bu zaman böyük ağaclar aşır, iri budaqlar qırılır, külək evlərin damını uçura bilər.

Güclü fırtına küləyin sürəti 24.5-28.4 m/san olanda müşahidə edilir. Sürətlə əsir, quruda nadir hallarda müşahidə olunur, tikililərdə əhəmiyyətli dağıntılar yaşanır, külək ağacları kökündən çıxarır.

Dəhşətli fırtına 28.5-32.6 m/san zamanı olur. Çox nadir hallarda müşahidə olunur və böyük dağıntılara səbəb olur.

Qasırğa isə 32.6 m/san-dən çox olan külək zamanı müşahidə edilir. Dəhşətli dağıntılar baş verir. Ayrı-ayrı ərazilərdə küləyin sürəti 50-60 m/san çatır.

Qeyd edək ki, bu gün saat 09:00-a olan məlumata əsasən, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir 30- 35 m/saniyəyədək şiddətlənib.

25 Noyabr 2024 Parkinqdə avtomobilin nömrəsini çıxaranlar cərimələnə bilərmi? - Cavablar
25 Noyabr 2024 Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! - Bu gündən...
25 Noyabr 2024 Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
23 Noyabr 2024 Azərbaycanda Bazar gününün havası açıqlandı
23 Noyabr 2024 COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
23 Noyabr 2024 Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”
22 Noyabr 2024 Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
22 Noyabr 2024 Qazaxın işğaldan azad olunan kəndlərinə belə nəzarət olunur - FOTOLAR + VİDEO
22 Noyabr 2024 Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
22 Noyabr 2024 DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət
22 Noyabr 2024 Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
21 Noyabr 2024 Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
21 Noyabr 2024 Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
21 Noyabr 2024 Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
21 Noyabr 2024 Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
21 Noyabr 2024 Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
20 Noyabr 2024 Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
20 Noyabr 2024 Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı
19 Noyabr 2024 Gələn il xalis minimum əməkhaqqı nə qədər olacaq? - Sahələr üzrə MƏBLƏĞLƏR
19 Noyabr 2024 Kirayə qalanların DİQQƏTİNƏ: Bunu etmək sizin üçün vacibdir

Xəbər lenti