Ötən gün Azərbaycan Dillər Universitetinin professor, müəllim və tələbələrinin Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüşü keçirilib.

 

Kult.az xəbər verir ki, universitetin rektoru Kamal Abdulla tədbiri giriş sözü ilə açaraq, Anar haqqında düşüncələrini bölüşüb, onun uzun illərdən bəri fədakarlıqla Azərbaycan ədəbiyyatının keşiyində durduğunu deyib:

“Anarın əsərləri təkcə Azərbaycan üçün deyil, dünya üçündür, türk xalqları üçündür, bəşər övladı üçündür. Anar öz qələmi ilə olduqca mənalı və son dərəcə əhəmiyyətli bir xətti davam etdirir. Bu, bizim klassiklərimizdən gələn xətdir. Anar özü də xüsusi bir xəttə, həmin xəttin görkəmli nümayəndəsinə çevrilib. Ondan sonra gələnləri də Anar xəttinin davamçıları kimi təqdim etmək olar. Bu gün Azərbaycan ədəbiyyatının mənzərəsini gözümüz önündə canlandırsaq, Anar yaradıcılığı o ədəbiyyatın böyük bir mənəvi məkanını təşkil edər. Anar mənim gözümdə həm də buna görə Azərbaycan üçün son dərəcə əvəzsiz bir ədəbi-mədəni simadır ki, onu təkcə burada deyil, xarici ölkələrdə də çox böyük ehtiramla, sevgiylə oxuyurlar”.

Rektor çıxışında bir sıra ölkələrdə oxucuların, tələbələrin Anar sevgisinin, marağının bilavasitə şahidi olduğunu deyib, xatirələrini paylaşıb. O, həmçinin, öncə Anar yaradıcılığı ilə, sonra isə Anar şəxsiyyəti ilə tanışlığının tarixçəsini xatırlayıb və tələbələrin israrlı xahişini nəzərə alıb görüşə gəldiyi üçün Xalq yazıçısına təşəkkürünü bildirib.

Anar çıxışına onunla görüş istəklərinə görə tələbələrə və universitetin rəhbərliyinə minnətdarlıq etməklə başlayıb:

“Bu gün Kamal Abdulla kimi yazıçının və rektorun başçılıq etdiyi universitetdə görüşdə olmaq çox xoşdur. İllərdən bəri onun mənim, mənim də onun haqqında yazılarımız dövri mətbuatda çap olunub. Kamal Abdulla elə şəxsiyyətlərdəndir ki, olduğu hər yerdə, gördüyü hər işdə başı uca olub. Yazıçı kimi də, alim kimi də Azərbaycan ədəbiyyatında çox önəmli yer tutan ədiblərimizdəndir. O, bu illər ərzində bütün sınaqlardan yüksək səviyyədə keçib”.

Xalq yazıçısı hər zaman gənclərlə görüşdən böyük məmnunluq duyduğunu ifadə edib: “Gənclərlə dialoqda olmaq hər zaman xoşdur. Əvvəllər belə görüşlər daha tez-tez keçirilərdi. İndi isə nisbətən azdır. Amma sevinirəm ki, Azərbaycan Dillər Universiteti bu tendensiyanı yenidən qaytarır. Mən də bir neçə dəfə burada görüşlərdə qonaq olmuşam”.

Anar çıxışında bir sevindirici xəbəri də tələbələrin diqqətinə çatdırıb: “Bu gün cənab Prezident İlham Əliyev yaradıcı ziyalılarla görüşdü, onların hesabatlarını və təkliflərini dinlədi. Mən də o görüşdə iştirak edirdim və çıxışımda bir sıra təkliflər irəli sürdüm. Hər birimizi diqqətlə dinləyən prezident təkliflərin çoxunu dərhal nəzərə aldı. O cümlədən, mənim bir mühüm təklifim də qəbul olundu ki, bunu sizinlə paylaşmaq istəyirəm. Mən orada ustad Mirzə Cəlilin şəhərimizdə heykəli olmadığını dedim. Bilirsiniz ki, bu il Mirzə Cəlilin 150 illik yubileyidir. Cənab prezident mənim bu təklifimi razılıqla qarşıladı və dedi ki, tezliklə Mirzə Cəlilə Bakıda heykəl ucaldılacaq. Bu, məni çox sevindirir. Çünki mən Mirzə Cəlili özümün böyük ustadım sayıram və düşünürəm ki, tək mənim yox, bizim nəslimizin və bizdən sonra gələnlərin də ən böyük ustadlarından biri məhz Cəlil Məmmədquluzadədir”.

Daha sonra görüş sual-cavab şəklində davam etdirilib. Xalq yazıçısı Anar tələbələrin ədəbiyyat, söz, nəsr və onun əsərləri, yaradıcılığı ilə bağlı suallarını əhatəli şəkildə cavablandırıb.

25 Noyabr 2024 Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar
25 Noyabr 2024 Parkinqdə avtomobilin nömrəsini çıxaranlar cərimələnə bilərmi? - Cavablar
25 Noyabr 2024 Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! - Bu gündən...
25 Noyabr 2024 Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
23 Noyabr 2024 Azərbaycanda Bazar gününün havası açıqlandı
23 Noyabr 2024 COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
23 Noyabr 2024 Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”
22 Noyabr 2024 Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
22 Noyabr 2024 Qazaxın işğaldan azad olunan kəndlərinə belə nəzarət olunur - FOTOLAR + VİDEO
22 Noyabr 2024 Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
22 Noyabr 2024 DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət
22 Noyabr 2024 Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
21 Noyabr 2024 Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
21 Noyabr 2024 Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
21 Noyabr 2024 Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
21 Noyabr 2024 Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
21 Noyabr 2024 Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
20 Noyabr 2024 Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
20 Noyabr 2024 Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı
19 Noyabr 2024 Gələn il xalis minimum əməkhaqqı nə qədər olacaq? - Sahələr üzrə MƏBLƏĞLƏR

Xəbər lenti